“Enerji içkiləri insanda xərçəng yaradır...” - Ekspert


09.01.2019 02:04
221
“Enerji içkiləri insanda xərçəng yaradır...” - Ekspert

“Çin duzu beynin bəzi mexanizmlərini hərəkətə keçirərək insanda o məhsula qarşı vərdiş əlaməti əmələ gətirir”.


Ekspress.az xəbər verir ki, bunu "moderator.az"a açıqlamasında qida təhlükəsizliyi üzrə ekspert İsa Əliyev enerji içkilərindən danışarkən deyib. Ekspertin sözlərinə görə, enerji içkiləri insanı bir çox xəstəliklərə yoluxdurur:


“Enerji içkilərinin tərkibində çox fərqli qida inqrediyentləri mövcuddur. Onların da ən təhlükəlisi kofeindir. Bu da insan sağlamlığı üçün çox zərərlidir. Hətta normadan artıq olduqda asılılıq yaradır və insan orqanizmi enerji içkisini tələb edir. Bununla yanaşı, enerji içkilərinə üstündə qeyd olunmayan başqa maddələr də daxil edirlər. Bunlardan da biri çin duzu adlanır. Çin duzu beynin bəzi mexanizmlərini hərəkətə keçirərək insanda o məhsula qarşı vərdiş əlaməti əmələ gətirir. Bundan bir çox qidalarda istifadə olunur. 


Ümumiyyətlə, enerji içkilərinin tərkib hissələrinə baxsanız, E kodlarını görəcəksiniz. Bu kodların hərəsi bir kimyəvi koddur. Rəngdən tutmuş, dadına qədər bir çox maddələr E kodları ilə başlayır və bu da insan səhhəti üçün zərərlidir. Bu cür maddələr insan bədənindən təmizlənmədiyi üçün fərqli xəstəliklərə, ən başılcası, insanın xərçəngə yoluxmasına səbəb olur. Bununla yanaşı, enerji içkiləri qan dövranını süni şəkildə sürətləndirir və ürək damarlarında müxtəlif xəstəliklərin əmələ gəlməsinə səbəb olur”. 


Açar sözlər: