• 18 °C Bakı
  • 15 °C Quba
  • 18 °C Gəncə
  • 16 °C Yevlax
  • 14 °C Naxçıvan

Müdafiə naziri Pakistana səfər edəcək

20.03.2019 12:00
60
Müdafiə naziri Pakistana səfər edəcək

Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənovun rəhbərlik etdiyi nümayəndə heyəti martın 21-də Pakistan İslam Respublikasına rəsmi səfərə gedəcək.


Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.


Səfər çərçivəsində Pakistanın dövlət rəhbərliyi, hərbi və digər strukturlarının rəsmiləri ilə keçiriləcək görüşlərdə hərbi, hərbi-texniki, hərbi təhsil və bir sıra digər sahələrdə əməkdaşlığın genişləndirilməsi məsələlərinin müzakirəsi nəzərdə tutulub.


Bununla yanaşı, general-polkovnik Z.Həsənov martın 23-də Pakistanın “Milli Günü”nə həsr olunmuş hərbi paradda fəxri qonaq qismində iştirak edəcək.


Bir çox dövlətlərin silahlı qüvvələrinin nümayəndələrinin qatıldığı hərbi paradda ölkəmizi Azərbaycan Ordusunun parad heyəti təmsil edəcək.


Ekspress.az


  • SON XƏBƏR
  • TREND