ATƏT cəbhə xəttində monitorinqə hazırlaşır - FOTO


25.06.2019 10:39
55
ATƏT cəbhə xəttində monitorinqə hazırlaşır - FOTO

ATƏT cəbhə xəttində monitorinqə hazırlaşır.


Ekspress.az xəbər verir ki, cəbhə xəttində olan ATƏT-in nümayəndə heyəti Ağdam rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənovla görüşüblər.


V.Həsənov ATƏT nümayəndələrinə cəbhə xəttində baş verən hadisələr barədə məlumat verib. Bildirib ki, son günlər Ermənistan ordusunun hərbçiləri işğal altında olan Azərbaycan torpaqlarında tez-tez yanğınlar törədirlər. Geniş miqyas alan yanğınlar cəbhə xəttinə yaxın yerləşən yaşayış məntəqələrinə keçir.


Qeyd olunub ki, bir neçə gün əvvəl erməni hərbçilər tərəfindən törədilən böyük bir yanğın qoşunların qarşıdurma xəttinə yaxın ərazidə yerləşən qəbiristanlığa keçərək məzar daşlarına ziyan vurub (oxu.az). Hazırda İcra Hakimiyyətində görüş davam edir. Daha sonra ATƏT nümayəndələri cəbhə xəttinə yola düşəcək.


Qeyd edək ki, monitorinqi Azərbaycan tərəfindən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Oqnyen Yoviç, Saymon Tiller və Yüksək Səviyyəli Planlaşdırma Qrupunun (YSPQ) nümayəndəsi polkovnik-leytenant Harri O`Konnor keçirəcəklər.


Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş və nəzarət olunan Azərbaycan ərazisində monitorinqi isə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Mixail Olaru, Gennadi Petrika, Martin Şuster və YSPQ-nin nümayəndəsi polkovnik-leytenant Ralf Bosshard keçirəcəklər.


Ekspress.az

Açar sözlər:
  • SON XƏBƏR
  • TREND