• 24 °C Bakı
  • 21 °C Quba
  • 27 °C Gəncə
  • 26 °C Yevlax
  • 28 °C Naxçıvan

Bu gün Avropa Liqasında 1/4 final mərhələsinə yekun vurulacaq

18.04.2019 08:52
57
Bu gün Avropa Liqasında 1/4 final mərhələsinə yekun vurulacaq

Bu gün UEFA Avropa Liqasında 1/4 final mərhələsinə yekun vurulacaq.


Cavab qarşılaşmalarından sonra yarımfinalçılar müəyyənləşəcək.


Günün ən maraqla gözlənilən oyunu İtaliyada olacaq. "Napoli" doğma azarkeşlər önündə İngiltərə "Arsenal"ını qəbul edəcək. Neapollular səfərdəki 0:2 hesablı məğlubiyyətin əvəzini çıxmağa çalışacaqlar.


İngiltərənin turnirdəki digər təmsilçisi "Çelsi" evdə Çexiyanın "Slaviya" kollektivini sınağa çəkəcək. Londondakı matçda "zadəganlar" minimal hesablı qələbə qazanıb - 1:0.


Almaniyanın Avroliqadakı yeganə komandası "Ayntraxt" Frankfurtda Portuqaliya "Benfika"sının müqavimətini qırmağa çalışacaq (report). Səfərdəki qarşılaşmada 2:4 hesabı ilə uduzan meydan sahibləri yarımfinala vəsiqə üçün ən azı 3 top fərqi ilə qələbə qazanmalıdır.


Nəhayət, növbəti qarşılaşmada İspaniya komandaları üz-üzə gələcək. "Valensiya" "Vilyarreal"a qarşı ilk oyundakı 3:1 hesablı qələbəni qorumağa çalışacaq. 


Qeyd edək ki, final matçı mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək. 


Avropa Liqası


1/4 final, cavab oyunları


18 aprel


23:00. “Napoli” (İtaliya) – “Arsenal” (İngiltərə)

İlk oyun - 0:2 


23:00. “Valensiya” (İspaniya) – “Vilyarreal” (İspaniya)

İlk oyun - 3:1 


23:00. “Ayntraxt” (Almaniya) – “Benfika” (Portuqaliya)

İlk oyun - 2:4 


23:00. “Çelsi” (İngiltərə) – “Slaviya” (Çexiya) 

İlk oyun - 1:0 


Ekspress.az

  • SON XƏBƏR
  • TREND