"Bunu körükləyənlərin öz məqsədinə catacaqları şübhə doğurmur" - vitse-spiker

11.02.2019 12:19
184
"Bunu körükləyənlərin öz məqsədinə catacaqları şübhə doğurmur" - vitse-spiker

"Fransada "Sarı jiletlilər"in sayca 13 cü etiraz aksiyası 13 rəqəminə tuş gəlib.

Belə ki, aylardır sürən aksiyaların dağıdıcı və aqressiv ruhu artlq təşəbbüskarların özünə və bir birinə qarşı çevrilib".


Ekspress.az xəbər verir ki, bunu Milli Məclis sədrinin müavini Bahar Muradova Fransada ötən şənbə günü keçirilən sayca 13-cü "sarı jiletlər" aksiyasında nümayişçilərin öz aralarında dava etməsinə münasibət bildirərkən deyib.


Vitse-spikerin fikrincə, bunu körükləyənlərin öz məqsədinə catacaqları günün yaxında olması artıq şübhə doğurmur: "İbrətamiz faktdır, deyilmi? Bu gün dünyanın müxtəlif bölgələrində hadisələri məhvərindən cıxararaq öz niyyətlərini reallaşdırmağı hədəfləyənlər bu amili də, nəzərə almalıdırlar", - deyə Bahar Muradova bildirib.


  • SON XƏBƏR
  • TREND