Qazaxıstanda keçirilən prezident seçkilərində Tokayev 70,76 faizlə irəlidədir

10.06.2019 11:05
64
Qazaxıstanda keçirilən prezident seçkilərində Tokayev 70,76 faizlə irəlidədir

Qazaxıstanda keçirilən prezident seçkilərində Kasım-Jomart Tokayev 70,76 faiz səslə liderlik edir.


Bu barədə Qazaxıstan Mərkəzi Seçki Komissiyasının ilkin məlumatında qeyd edilir.


Qazaxıstanda iyunun 9-da keçirilmiş prezident seçkisində saat 20:00-da seçki məntəqələrinin əksəriyyətinin bağlandığı ana olan məlumata görə, seçici fəallığı 77,4% təşkil edib.


Xatırladaq ki, təxminən, 30 il dövlət başçısı olan Nursultan Nazarbayev martın 20-də prezidentlik səlahiyyətlərini təhvil verib (report). Bundan sonra daha əvvəl parlamentin yuxarı palatasının sədri olmuş Kasım-Jomart Tokayev dövlət başçısı olub.


Tokayev növbədənkənar seçkini vəzifəyə təyin olunduqdan üç həftə sonraya təyin edib.


Yeddi nəfər, o cümlədən Nazarbayevin rəhbərlik etdiyi "NurOtan" Partiyasının namizəd kimi irəli sürdüyü Tokayev prezidentliyə namizəd kimi qeydə alınıb. Prezident beşillik müddətə seçilir. Qələbə qazanmaq üçün namizəd 50%-dən çox səs toplamalıdır. Namizədlərdən heç biri seçicilərdən lazımi dəstəyini ala bilməsə, seçkilərin ikinci turu təyin ediləcək.


Ekspress.az

  • SON XƏBƏR
  • TREND