Zükerberq "Facebook"-un bölünməsi təklifinə qarşı çıxıb

12.05.2019 12:58
110
Zükerberq "Facebook"-un bölünməsi təklifinə qarşı çıxıb


Mark Zükerberq rəhbəri olduğu "Facebook", "Instagram" və "WhatsApp"-ın bölünərək ayrı-ayrı şirkətlərə çevrilməsi təklifini qəbul etməyib.


M. Zükerberq "France Info" telekanalına müsahibəsində deyib ki, bu, sosial şəbəkələrlə bağlı problemlərin həllinə kömək etməyəcək.


Qeyd edək ki, belə bir təkliflə "Facebook"-un təsisçilərindən biri olan Kris Xyuz çıxış edib. M. Zükerberq demokratiyanı dəstəkləyən və seçkilərə müdaxiləyə qarşı mübarizə aparanlar içərisində şirkət sahibi olanlara da tövsiyə verib:

"Şirkət sahibi olanlar seçkilərə müdaxiləyə qarşı mübarizə üçün müasir vasitələrin yaradılması üçün bizim kimi il ərzində milyardlarla dollar sərf edə bilər. "Facebook"-un təhlükəsizlik üçün 2019-cu ildə ayırdığı büdcə bir neçə il əvvəl birjaya çıxan zaman əldə etdiyi gəlirlərdən çoxdur (ONA). Bu, şirkətin biznesini uğurlu qurmasının nəticəsidir".


Qeyd edək ki, şirkətin vitse-prezidenti Nik Kleqq də "Facebook"-un bölünməsinin əleyhinə çıxış edib: "Uğuru cəzalandırmaq olmaz. "Facebook"-u bölmək yox, üzərində nəzarəti təmin etmək lazımdır".


Ekspress. az

  • SON XƏBƏR
  • TREND