Ali təhsilin səviyyələri üzrə bəzi ixtisaslaşmalarda dəyişikliklər edilib


12.02.2019 09:22
93
Ali təhsilin səviyyələri üzrə bəzi ixtisaslaşmalarda dəyişikliklər edilib

Azərbaycanda ali təhsilin səviyyələri üzrə bəzi ixtisaslaşmalarda dəyişikliklər edilib.


Ekspress.az -ın məlumatına görə, Nazirlər Kabinetinin qərarı əsasında “Ali təhsilin bakalavriat səviyyəsi ixtisaslarının (proqramlarının) Təsnifatı”nda Azərbaycan dili və ədəbiyyatı müəllimliyi olan birinci hissə ləğv edilib.


“Ali təhsilin bakalavriat və magistratura səviyyələri üzrə bəzi ixtisasların (ixtisaslaşmaların) Təsnifatı” adlı sənədin adında da dəyişiklik edilib və burada ixtisaslaşmalar (bakalavriat səviyyəsinə aid olan 1-ci hissə ləğv edilməklə) yalnız magistratura səviyyəsinə aid edilib.


Qeyd edək ki, bu Qərar 2019-cu il 15 sentyabr tarixindən qüvvəyə minəcək.


Ekspress.az

Açar sözlər:
  • SON XƏBƏR
  • TREND