İlham Əliyev səfirlərin etimadnaməsini qəbul edib - YENİLƏNİB

14.09.2019 15:44
73
İlham Əliyev səfirlərin etimadnaməsini qəbul edib - YENİLƏNİB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 14-də Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Ceyms Layl Şarpın etimadnaməsini qəbul edib.


Ekspress.az "Report"-a istinadən xəbər verir ki, səfir Ceyms Layl Şarp fəxri qarovul dəstəsinin qarşısından keçib.


Ceyms Layl Şarp etimadnaməsini Prezident İlham Əliyevə təqdim edib.

Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət edib.


Prezident İlham Əliyev Azərbaycan-Böyük Britaniya tərəfdaşlıq əlaqələrinin zəngin tarixə malik olduğunu və uzun illər uğurla inkişaf etdiyini deyib, keçən ilin aprelində Böyük Britaniyaya səfərini və səfər zamanı aparılan səmərəli müzakirələrin əməkdaşlığımızın inkişafında rolunu qeyd edib. İki ölkə arasında əlaqələrin müxtəlif sahələri əhatə etdiyini vurğulayan Prezident İlham Əliyev enerji sahəsində 25 illik dövr ərzində BP şirkəti ilə uğurlu əməkdaşlığın həyata keçirildiyini bildirib və bu əməkdaşlığın uzunmüddətli perspektivdə inkişaf etməkdə davam edəcəyinə əminliyini ifadə edib.


Prezident İlham Əliyev səfir Ceyms Layl Şarpa diplomatik fəaliyyətində uğurlar arzulayıb. 


Səfir Ceyms Layl Şarp yaxın günlərdə 25 illiyi qeyd olunacaq “Əsrin müqaviləsi” çərçivəsində əlaqələrin ölkələrimiz arasında geniş enerji əməkdaşlığının uğurlu nümunəsi olduğunu bildirib. Səfir ölkələrimiz arasında əməkdaşlığın şaxələndirilməsinin və qeyri-neft sektoru, o cümlədən bərpa olunan enerji, kənd təsərrüfatı, səhiyyə, elm-təhsil və digər sahələrdə inkişafı üçün əlverişli imkanların olduğunu nəzərə çatdırıb. Ceyms Layl Şarp səfir kimi fəaliyyəti dövründə ölkələrimiz arasında dostluq və tərəfdaşlıq əlaqələrinin daha da inkişafı üçün səylərini əsirgəməyəcəyini bildirib.

Prezident İlham Əliyev, eyni zamanda, qeyri-neft sektorunda əməkdaşlığın genişləndirilməsinin vacibliyini bildirərək Böyük Britaniyanın kiçik və orta biznes dairələrinin də Azərbaycanda fəaliyyəti üçün geniş imkanların olduğunu vurğulayıb. 


Görüşdə regional gündəlikdə duran və qarşılıqlı maraq doğuran məsələlər barədə fikir mübadiləsi aparılıb.


***


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 14-də Latviya Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Daynis Qarançsın etimadnaməsini qəbul edib.


Ekspress.az report -a istinadən xəbər verir ki, səfir Daynis Qarançs fəxri qarovul dəstəsinin qarşısından keçib.


Daynis Qarançs etimadnaməsini Prezident İlham Əliyevə təqdim edib.

Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət edib.


Dövlət başçısı siyasi sahədə əlaqələrin inkişafından məmnunluğunu ifadə edərək özünün Latviyaya və Latviya prezidentlərinin ölkəmizə səfərlərinin ikitərəfli münasibətlərimizin genişlənməsində rolunu qeyd edib. Prezident İlham Əliyev iqtisadi əməkdaşlığa toxunaraq ticarət dövriyyəsinin artırılması, investisiya, turizm və digər sahələrdə əlaqələrin inkişafı üçün yaxşı imkanların olduğunu deyib. Dövlət başçısı Daynis Qarançsın səfir kimi fəaliyyəti dövründə ikitərəfli münasibətlərimizin daha da inkişafına töhfə verəcəyinə ümidvar olduğunu bildirib.


Səfir Daynis Qarançs Azərbaycanın Latviyanın regionda strateji tərəfdaşı olduğunu deyib. O, iki ölkə arasında siyasi əlaqələrin yüksək inkişafını qeyd edərək müxtəlif səviyyəli qarşılıqlı səfərlərin əhəmiyyətini bildirib. Daynis Qarançs iqtisadi əməkdaşlığın genişlənməsi və ticarət dövriyyəsinin artırılması üçün hökumətlərarası komissiyanın mühüm rol oynadığı söyləyib. İki ölkə arasında əməkdaşlığın inkişafında regionlararası əlaqələrin vacibliyini qeyd edən səfir Azərbaycanın və Latviyanın 14 şəhəri arasında qardaşlaşma əlaqələrinin qurulduğunu deyib. O, mədəniyyət, elm, təhsil kimi sahələrdə də Azərbaycanla Latviya arasında səmərəli əməkdaşlığın olduğunu bildirib.


Görüşdə Azərbaycanın Avropa İttifaqıilə əlaqələrinə toxunulub, Aİ üzv ölkəsi kimi Latviyanın ölkəmizin bu təşkilatla əməkdaşlığının inkişafına verdiyi dəstək qeyd olunub.


***


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 14-də Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının ölkəmizdə yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Ceyms Layl Şarpın etimadnaməsini qəbul edib.


Ekspress.az report -a istinadən xəbər verir ki, məlumatı Azərbaycan Prezidentinin Mətbuat xidməti yayıb.  


Dövlət başçısı Latviya Respublikasının Azərbaycanda yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Dainis Qarançsin də etimadnaməsini qəbul edib.



Ekspress.az

  • SON XƏBƏR
  • TREND