"Maşın"a əlvida deyən Fuad Musayev qruplaşmada olduğunu etiraf etdi - VİDEO

04.10.2019 16:15
107
"Maşın"a əlvida deyən Fuad Musayev qruplaşmada olduğunu etiraf etdi - VİDEO

Ötən gecə “Maşın” realiti-şousundan kənarlaşan müğənni Fuad Musayev oyunda baş verən qalmaqalları şərh edib.


Fuad məğlubiyyəti gözləmədiyini açıqlayıb.


O, Ayanla heç bir probleminin olmadığını dilə gətirib. Bununla belə, müğənni doqquz nəfərdən ibarət qruplaşmanın üzvü olduğunu etiraf edib.


“Sözün düzü, gözləmirdim. Oyundur, təəssüflənəsi bir şey yoxdur. Təcrübəli qalib gəldi. Doqquz nəfər mənim şəklimi atıbsa, demək, qruplaşmada varam. Həmin şəxslərin adını çəkmək istəmirəm. Qoyun, oyun davam etsin.


Mənim seçimim və hədəfim Ayan Babakişiyeva oldu. Mənim onunla heç bir problemim yoxdur. O, özünə görə bir insandır, mən də özümə görə. Təcrübəli oyunçu burada qazanır. Mənim isə burada ilk təcrübəm idi. Düşünürəm ki, qalib Aqşin Fateh gələcək”.


(oxu)


Ekspress.az