Gələn ilin büdcə müzakirələri daha konstruktiv keçdi

04.12.2018 10:13
38
Gələn ilin büdcə müzakirələri daha konstruktiv keçdi

Ötən həftə 2019-cu il dövlət büdcəsi Milli Məclisdə qəbul edildi. Gələn ilin büdcə layihəsi ilə bağlı parlamentdəki müzakirələr əvvəlki illərlə müqayisədə daha konstruktiv və məhsuldar keçdi. 


Məsələn, bu müzakirlərdə deputatların təklifləri xeyli dərəcədə nəzərə alınıb. Deputatların qəbul edilən təkliflərinin maliyyə tutumu 610 milyon manatdır ki, bu da balaca məbləğ deyil və qəbul edilən təkilflərin əksəriyyəti sosial yönümlüdür.


2019-cu ildə dövlət büdcəsi xərclərinin 10023.7 mln. manatı və ya 39,8 faizi konkret proqram və tədbirlərin maliyyələşdirilməsi üçün nəzərdə tutulub. 2019-cu ildə dövlət büdcəsindən dövlət əsaslı vəsait qoyuluşu xərclərinə 6,4 mlrd. manat vəsait ayrılacaq. Bu da cəmi büdcə xərclərinin (25 milyard 190 milyon manat) 25 faizini təşki edir. Qısası, hər 4 manatın 1 manatı investisiya xərcidir.


Dövlət investisiyalarının bölgüsü haqda qərar hələ bəlli deyil. Bununla belə büdcədə bəzi istiqamətlər göstərilib.


Buraya Bakı Neft Emalı Zavodunun yenidən qurulması, Bakı Nəqliyyat Agentliyinə yeni avtobusların və Metropolitenə yeni qatarların alınması və bu qəbildən olan layihələr daxildir. Təbii ki, dövlət investisiya xərclərinin bir hissəsi real sektorun dəstəklənməsinə və biznes mühitinin yaxşılaşdırılmasına yönəldilsə daha effektiv nəticələr əldə etmək olar. Prezidentin investisiyaların bölüşdürülməsi üzrə qərarından sonra bu barədə daha əhatəli fikir yürütmək mümkün olacaq.

Açar sözlər: