Azərbaycan güləşçisi Avropa çempionatında finala yüksəlib


08.04.2019 19:50
51
Azərbaycan güləşçisi Avropa çempionatında finala yüksəlib

Azərbaycanın sərbəst güləşçisi Hacı Əliyev Rumıniyanın paytaxtı Buxarestdə keçirilən Avropa çempionatında finala yüksəlib.


Ekspress.az -ın məlumatına görə, 65 kq çəki dərəcəsində mübarizə aparan 28 yaşlı idmançı yarımfinalda Moldova təmsilçisi Maksim Sakultanı məğlub edib - 12:2. O, finalda türkiyəli Selahəttin Kılıcsallayanla qarşılaşacaq (report). Final görüşləri sabah keçiriləcək.


Qeyd edək ki, bu gün digər sərbəst güləşçilərdən Ağahüseyn Mustafayev (70 kq) və Cəbrayıl Həsənov (79) da yarımfinal görüşlərinə çıxacaqlar.


Ekspress.az

Açar sözlər:
  • SON XƏBƏR
  • TREND