Rusiyada silsilə terror aktları hazırlayan dəstə üzvləri həbs edilib

01.03.2019 15:37
250
Rusiyada silsilə terror aktları hazırlayan dəstə üzvləri həbs edilib

Rusiya Daxili İşlər Nazirliyi və Federal Təhlükəsizlik Bürosunun əməkdaşları Xantı-Mansiysk Muxtar Dairəsində silsilə terror aktları hazırlayan terrorçu özəyin dörd üzvünü həbs ediblər.


Ekspress.az xəbər verir ki, Rusiya DİN-in məlumatına görə, terrorçu qrup beynəlxalq terrorçu təşkilatlar və Şimali Qafqazda gizli quldur təşkilatları ilə əlaqədə olub. Həbs olunan şəxslər kirayə götürdükləri mənzillərdə görüşərək, müxtəlif obyektlərdə, dövlət hakimiyyəti və hüquq-mühafizə orqanlarının binalarında terror aktlarının həyata keçirilməsi planlarını müzakirə ediblər (AZƏRTAC).


Ekspress.az

Açar sözlər: