Hollandiyada tramvayda atəş açan şəxsin kimliyi açıqlanıb

18.03.2019 18:30
356
Hollandiyada tramvayda atəş açan şəxsin kimliyi açıqlanıb

Hollandiyada tramvayda atəş açan şəxsin türk əsilli Hollandiya vətəndaşı, 37 yaşlı Gökman Tanis olduğu açıqlanıb.


Ekspress.az xəbər verir ki, bu barədə Niderland polisindən bildiriblər.


O, hadisə yerindən qaçıb. Hüquq-mühafizə orqanları G.Tanisi saxlamaq üçün əməliyyat keçirir (report). 


Qeyd edək ki, bu gün Hollandiyanın Utrext şəhərində tramvayada silahlı hücum olub. Nəticədə 1 nəfər ölüb, 6 nəfər yaralanıb. 


Ekspress.az