Putin Ankarada: Ərdoğanla görüş başladı

16.09.2019 16:13
64
Putin Ankarada: Ərdoğanla görüş başladı

Türkiyəyə səfər edən Rusiya lideri Vladimir Putin Ankara hava limanından birbaşa Çankaya köşkünə yollanıb.


Ekspress.az xəbər verir ki, Putini Çankaya köşkündə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan qarşılayıb.

Bu dəqiqələrdə liderlər arasında ikitərəfli danışıqlar start götürüb.


Qeyd edək ki, Ankara zirvəsi çərçivəsində Rusiya və İran prezidentləri arasında da görüş keçiriləcək. İkitərəfli görüşlər başa çatdıqdan sonra liderlərin iştirakı ilə üçtərəfli zirvə toplantısı baş tutacaq. (axar)


Ekspress.az

  • SON XƏBƏR
  • TREND