Vilayət Eyvazov 3 rəisi vəzifəsindən kənarlaşdırdı

09.09.2019 11:29
155
Vilayət Eyvazov 3 rəisi vəzifəsindən kənarlaşdırdı

Daxili İşlər orqanlarında növbəti kadr dəyişiklikləri olub.


Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə, Xaçmaz rayon polis şöbəsinin əməliyyat işləri üzrə rəis müavini Amil Tahirli sərəncama göndərilib.


Nazirin digər əmri ilə, Xaçmaz RPŞ-nin Cinayət Axtarış Bölməsinin (CAB) rəisi Səxavət Abbasov və Dövlət Yol Polis Şöbəsinin rəisi Elşad Nəbiyev tutduğu vəzifələrindən kənarlaşdırılaraq sərəncama götürülüb.


Ekspress.az xəbər verir ki, xəbəri Xaçmaz rayon polis iadrəsindən Unikal.org-a təsdiqləyiblər.


Ekspress.az

Açar sözlər: