"İnterpol"un prezidenti istefa verdi

07.10.2018 23:29
65
"İnterpol"un prezidenti istefa verdi

Beynəlxalq Cinayət Polisi İdarəsinin (İnterpol) rəhbəri Men Hunbeyanın yoxa çıxması ilə bağlı Çin Kommunist Partiyası Mərkəzi Nəzarət Təftiş Komissiyasından açıqlama verilib.


“Qafqazinfo” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, Komissiya Men Hunbeyanın qanunu pozduğu üçün istintaqa cəlb edildiyini açıqlayıb.


Xatırladaq ki, İnterpol təşkilatından Hunbeyanın sentyabrın sonunda Çinə getdiyi və bir daha ondan xəbər alınmadığı bildirilmişdi.


Qeyd edək ki, İnterpol rəhbəri həm də Çin ictimai təhlükəsizlik nazirinin müavinidir.


Teri gəlmişkən, İnterpolun qanunu pozmaqda şübhəli bilinərək Çində saxlanılan prezidenti Men Hunvey istefa verib. Modern.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə İnterpolun "Twitter" səhifəsinə məlumat yerləşdirilib.

 

"Bu gün, oktyabrın 7-də, İnterpolun Fransanın Lion şəhərindəki Baş Katibliyi cənab Men Hunveydən İnterpol prezidenti postundan istefa verməsi barədə ərizə daxil olub, o dərhal qüvvəyə minir", - deyə məlumatda bildirilir.

 

Hazırda Cənubi Koreya vətəndaşı Kim Yonq Yanq prezidentin vəzifələrinin icraçısı təyin edilib. Yeni prezident noyabrda Dubayda Baş Assambleyanın iclasında seçiləcək.

 

Qeyd edək ki, 2016-cı ildə 64 yaşlı Men Hunvey İnterpola rəhbər təyin edilib. O, buna qədər Çinin İctimai Təhlükəsizlik Nazirliyində çalışıb. 



Ekspress.az

  • SON XƏBƏR
  • TREND