• 5 °C Bakı
  • -4 °C Quba
  • -1 °C Gəncə
  • -1 °C Yevlax
  • -4 °C Naxçıvan

Xarici dövlət borcu yükü azaldılır

12.01.2019 10:34
47
Xarici dövlət borcu yükü azaldılır

Xarici dövlət borcunun ümumi daxili məhsula nisbətində azalma qeydə alınıb. Bu haqda məlumatı Maliyyə Naziri Samir Şərifov Nazirlər Kabinetinin 2018-ci ilə dair toplantısında çıxışı zamanı açıqlayıb. Nazir bildirib ki, dövlət borcunun idarə edilməsinə dair orta və uzunmüddətli strategiyanın icrasına başlanılıb və ötən il ərzində görülən tədbirlər hesabına xarici dövlət borcunun ümumi daxili məhsula nisbəti ilin əvvəlindəkindən 3,8 faiz-bənd azalıb və 19 faiz təşkil edib.


Nazir söyləyib ki, bununla yanaşı, daxili qiymətli kağızlar bazarının təşviqi, bank və sığorta sektorunun inkişafı üçün maliyyə alətlərinə olan tələbatın ödənilməsi, habelə dövlət büdcəsi kəsirinin maliyyələşdirilməsi məqsədilə il ərzində daxili bazarda 1 milyard 81 milyon manat məbləğində daxili dövlət borc kağızları yerləşdirilib.


S.Şərifov deyib ki, ümumiyyətlə dövlət borcuna və öhdəliklərinə xidmət edilməsi ilə bağlı xərclərə 2 milyard 260 milyon manat vəsait istifadə olunub.

Açar sözlər:
  • SON XƏBƏR
  • TREND