Kent Loqsdon: "Cənub Qaz Dəhlizi” mühüm rol oynayır"

Energetika naziri Pərviz Şahbazovla ABŞ Dövlət katibi köməkçisinin birinci müavini Kent Loqsdonun rəhbərlik etdiyi nümayəndə heyəti arasında görüş keçirilib.
Bu barədə Ekspress.az -a Nazirliyin mətbuat ximdətindən məlumat verilib.
Görüşdə 26-cı Beynəlxalq “Xəzər Neft və Qaz-2019” sərgisi, iki ölkə arasında enerji sahəsində əməkdaşlıq, “Cənub Qaz Dəhlizi” layihəsi və Azərbaycanda energetika sektorunda həyata keçirilən son tədbirlərlə bağlı müzakirələr aparılıb.
Kent Loqsdon “Cənub Qaz Dəhlizi” layihəsinin enerji təhlükəsizliyi və Balkanların enerji ilə təminatı baxımından mühüm rolunu qeyd edib və layihənin icra vəziyyətini yüksək qiymətləndirib.
Energetika naziri Pərviz Şahbazov isə “Cənub Qaz Dəhlizi” layihəsinin yekunlaşmaq üzrə olduğunu və bu prosesdə ABŞ-ın davamlı dəstəyinin mühüm əhəmiyyət daşıdığını diqqətə çatdırıb (report). Nazir Bolqarıstan-Yunanıstan İnterkonnektorunun (İGB) təməlinin qoyulmasını layihənin yeni mərhələdə inkişafının başlanğıcı adlandırıb və dəhlizi gələcəkdə qidalandıracaq əlavə mənbələr kimi işlənmədə olan yataqlar və onların ehtiyatlarından bəhs edib.
Görüşdə həmçinin, ölkədaxili qaza tələbat, bərpa olunan enerji mənbələri və enerji səmərəliliyinə nail olunması istiqamətində görülən işlərə dair ətraflı müzakirələr aparılıb. Bərpa olunan enerji mənbələrindən istifadənin genişləndirilməsi ilə bağlı həyata keçirilən prosesdə ABŞ ilə əməkdaşlıq perspektivləri nəzərdən keçirilib.
Ekspress.az
-
-
21.10 14:21
Azərbaycanda qızıl BAHALAŞACAQ
-
21.10 13:01
Azərbaycanda hotellərin gəlirləri artıb
-
21.10 11:15
Bakıda Azərbaycan-İsveçrə biznes forumu keçirilir
-
18.10 19:32
Azərbaycanda dövlət büdcəsinin ehtiyat fondu 10% artırılır
-
16.10 09:00
Azərbaycan nefti ucuzlaşdı
-
12.10 12:21
12 sığorta şirkəti yarımillik maliyyə hesabatını açıqlamayıb - MONİTORİNQ
-
10.10 09:10
Qızılın qiyməti kəskin düşə bilər
-
09.10 09:07
Azərbaycan qlobal rəqabət reytinqində 11 pillə irəliləyib
-
08.10 18:13
Rusiya və Türkiyə dollardan İMTİNA ETDİ
-
08.10 17:32
Oktyabrın 9-na MANATIN MƏZƏNNƏSİ
-
08.10 10:20
17 min manat qorunmayan əmanətlərin qaytarılmasına başlanılır
-
07.10 22:00
Fazil Məmmədovun bankı iflasa uğradı: Yüksək vəzifəli şəxslərə görə...
-
07.10 09:10
Azərbaycan nefti cüzi ucuzlaşdı
-
03.10 16:00
İpoteka kreditlərinin sayı 27 minə çatıb
-
03.10 15:33
"Bazarların monitorinq edilməsinə ehtiyac var" - QİYMƏT ARTIMI
-
02.10 17:51
Oktyabrın 3-nə manat və dolların məzənnəsi
-
02.10 09:25
Yeni fond yaradıldı - Baş nazirdən qərar
-
01.10 18:30
Oktyabrın 2-nə MANATIN MƏZƏNNƏSİ
-
30.09 14:46
Avtomobillərin texniki baxışdan keçirilməsinə görə dövlət rüsumu artırılıb
-
30.09 09:55
Maliyyə Nazirliyi 189 min manatlıq məsləhət xidməti alır
-
-