Qəbiristanlıqda su boruları oğurlanıb


16.05.2019 13:27
87
Qəbiristanlıqda su boruları oğurlanıb

Mingəçevirdə qəbiristanlığın su boruları oğurlanıb.


Ekspress.az xəbər verir ki, hadisə 4 saylı sağ sahil qəbiristanlığında baş verib.


Hələ ki, kimliyi müəyyən olunmamış şəxs və şəxslər tərəfindən qəbiristanlığa məxsus 100 metrdən çox uzunluqda dəmir su xətt boruları kəsilərək oğurlanıb. Oğurluq hadisəsi qəbiristanlığın köhnə və hazırda ehtiyat xətti kimi nəzərdə tutulan borularında baş verib. Çünki ötən ilin sentyabrından etibarən qəbiristanlığa yeni su xətti çəkilib və davamlı istismar olunan da hazırda məhz o xətdir. Yəni qəbiristanlıqda oğurluqdan sonra su problemi yaşanmır. Bununla belə, qəbiristanlığa məxsus digər xəttin kəsilməsi xoşagələn hal deyil və cinayət hadisəsi olmaqla yanaşı, həm də ictimai qınaq hədəfinə çevrilib.


Mingəçevir Şəhər Bələdiyyəsinin dəfn mərasimləri xidməti sahəsinin nümayəndəsi Rəfael Məmmədov ONA-nın yerli bürosuna bildirib ki, əsasən 40-50 metr diametrlik boru xətlərinin oğurlanması ilə bağlı artıq hüquq-mühafizə orqanlarına yazılı müraciət olunub. Faktla bağlı Mingəçevir Şəhər Polis Şöbəsində araşdırma aparılır.


Ekspress.az

Açar sözlər:
  • SON XƏBƏR
  • TREND