• 25 °C Bakı
  • 22 °C Quba
  • 23 °C Gəncə
  • 22 °C Yevlax
  • 22 °C Naxçıvan

"Zirə"nin legioneri: "Qəbələ"nin "Qarabağ"ı udması sürpriz olmadı"


24.04.2019 09:50
61
"Zirə"nin legioneri: "Qəbələ"nin "Qarabağ"ı udması sürpriz olmadı"

"Zirə" klubunun futbolçusu Şafik Tiqruca səfərdə "Sumqayıt"la qolsuz heç-heçə etdikləri Azərbaycan Kubokunun ilk yarımfinal oyunundan sonra brifinq keçirib.


Ekspress.az xəbər verir ki, fransalı yarımmüdafiəçi "Report"un da suallarını cavablandırıb...


Nəticə sizi razı saldı?


- Məncə, 0:0 həm bizim, həm də "Sumqayıt" üçün yaxşı nəticə oldu. Biz də, rəqib də qalib gəlmək istəyirdi. Yaxşı hesabdır, amma lap yaxşı hesab da deyil.


Zirə niyə qalib gələ bilmədi? Sanki aqressivlik çatmadı...


- Məncə, biz yaxşı çıxış etdik, öz oyunumuzu sərgilədik, planımıza uyğun oynadıq. Təbii ki, bu görüşdə qalib gəlmək istəyirdik. Anlayırıq ki, futboldur, hər zaman qol vurmaq da alınmır. İnanıram ki, öz meydanımızdakı cavab görüşündə qol vuracağıq.


Bəs mərhələ şanslarınızı necə dəyərləndirirsiniz?


- Biz qələbə üçün oynayacağıq. Sumqayıtdakı hesab da pis nəticə deyildi. Onsuz da evdəki bütün matçlarda qalib gəlmək üçün oynayırıq.


"Sumqayıt"ın çempionatdakı işləri heç də yaxşı getmir. Bu komandaya qalib gəlməsəniz, fiasko sayılmayacaq?


- Rəqibin birinci və ya yeddinci pillədə olmasına baxmırıq. Bu, yarımfinaldır və qələbə üçün oynayacağıq.


"Zirə"nin avrokuboklara yollanması üçün son şansınızdır...


- Bəli, son şansımızdır. Bu şansdan yaxşı yararlanmaq istəyirik.


Digər cütlükdə "Qəbələ" "Qarabağ"a qalib gəldi. Bu, sizin üçün sürpriz olmadı?


- Xeyr, sürpriz deyildi. Keçən oyunda "Qəbələ"ni gördüm. Güclü komandadır. Mənə görə sürpriz deyildi.


Finalda hansı komandanı görmək istərdiniz: "Qəbələ"ni, yoxsa "Qarabağ"ı?


- Mən finalda oynamaq istəyirəm. Əsas odur ki, həlledici görüşə vəsiqə qazanaq. Finalda "Qarabağ" və ya "Qəbələ" ilə oynamağın fərqi yoxdur. Əsas odur ki, yarımfinal səddini adlayaq.


Ekspress.az

  • SON XƏBƏR
  • TREND