Qazaxıstanda avtobus qəzaya uğradı, özbəkistan vətəndaşları öldü

20.04.2019 13:29
299
Qazaxıstanda avtobus qəzaya uğradı, özbəkistan vətəndaşları öldü

Aprelin 20-də səhər saatlarında Qazaxıstanın Cambul vilayətinin Korday rayonunda avtobusun qəzaya uğraması nəticəsində ölənlərin 11-i Özbəkistan vətəndaşıdır. Hadisə nəticəsində 29 nəfər də xəsarət alıb.


Qazaxıstan Daxili İşlər Nazirliyi xəbər verir ki, avtobus Almatı–Daşkənd magistral yolunun 181-ci kilometrliyində yol kənarında dayanan yük maşınına çırpılıb.

Yaralananlar Otrar və Korday xəstəxanalarına yerləşdirilib.

Hadisə ilə bağlı cinayət işi açılıb, istintaq aparılır (Azərtac).

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev çoxsaylı insan tələfatı ilə əlaqədar Özbəkistan Ptezidenti Şavkat Mirziyoyevə başsağlığı verib.


Ekspress.az

  • SON XƏBƏR
  • TREND