Fransalı mer ölkə məhkəməsinin Dağlıq Qarabağla bağlı qərarını alqışlayıb

11.06.2019 13:01
97
Fransalı mer ölkə məhkəməsinin Dağlıq Qarabağla bağlı qərarını alqışlayıb

Fransanın Kolmar şəhərinin meri Jilber Meyer Serji (Cergy) İnzibati Məhkəməsinin Arnuvil şəhəri ilə Dağlıq Qarabağdakı separatçı rejimi təmsil edən Şeher inzibati bölgəsi arasında imzalanmış dostluq xartiyasını qeyri-qanuni sayaraq ləğv etməsini alqışlayıb. 


Ekspress.az xəbər verir ki, o, "Report"un Fransa bürosuna açıqlamasında bildirib ki, tərəfdaşlıq haqqında "sənədi" imzalamamışdan əvvəl məsələ ətrafında dərindən düşünülməyib. 


"Belə "sənədlərə" imza atmamışdan əvvəl vəziyyəti öyrənmək lazımdır. Yaxşı fikirləşmək lazımdır ki, sonradan məhkəmə qarşısında cavab vermək məcburiyyəti yaranmasın", deyə J.Meyer vurğulayıb. 


Qeyd dək ki, Fransanın Val d’Oise Departamentinin İnzibati Məhkəməsi mayın 29-da Arnuvil şəhəri ilə Dağlıq Qarabağdakı erməni separatçıları arasında imzalanan "Dostluq Xartiyası"nı ləğv edib. Dağlıq Qarabağa qanunsuz səfər edərək orada separatçılarla görüşən və "sənəd" imzalayan merə qarşı ittiham Fransa hökuməti tərəfindən ölkənin regionları ilə əməkdaşlığa dair qanunun pozulması maddəsi ilə irəli sürülmüşdü. Şikayətə baxan Fransanın Val d’Oise Departamentinin Cergy-Pontoise İnzibati Məhkəməsi fransalı merin əleyhinə qərar verib və "xartiyanı" ləğv edib.


Bu, Azərbaycanın işğal edilmiş torpaqlarında formalaşdırılmış qondarma qurumla həmrəylik nümayiş etdirmək naminə bitərəflik prinsiplərinə qəsdən məhəl qoymamaq yolunu seçən yolunu azmış bəzi yerli seçkili və bir sıra yerli hakimiyyət orqanları rəsmilərinin sonunu gətirəcək hüquqi presedent sayılır. 


Ekspress.az

  • SON XƏBƏR
  • TREND