Gürcüstanla sərhədin müəyyənləşdirilməsi istiqamətində irəliləyiş əldə edilib

15.06.2019 20:22
101
Gürcüstanla sərhədin müəyyənləşdirilməsi istiqamətində irəliləyiş əldə edilib

Hər iki tərəf də “Keşikçidağ"ın sərhədlərini müəyyənləşdirməyə çalışır və bu istiqamətdə irəliləyiş əldə etmişik.


Gürcüstan Parlamentinin birinci vitse spikeri Tamar Çuqoşvili belə deyib. O, bildirib ki, sərhədlərin müəyyənləşdirilməsi istiqamətində aparılan işlər dayandırılmayacaq (APA).


"Sərhədlərin müəyyənləşdirilməsi istiqamətində irəliləyiş əldə etmişik. Bu çətin bir mövzudur və həlli asan deyil. Amma bu istiqamətdə addım atılması təbiidir", - deyə T. Çuqoşvili bildirib.


Ekspress.az