Milli antivirus proqramı gələn ay istifadəyə veriləcək

15.08.2019 16:25
1003
Milli antivirus proqramı gələn ay istifadəyə veriləcək

Azərbaycan gələn ay milli antivirus proqramını istifadəyə verməyə hazırlaşır. 


Ekspress.az xəbər verir ki, bu barədə “Report”a hökumətdəki mənbə bildirib. 


“Hazırda antivirus proqramının üzərində son işlər gedir. Bu işlərin sentyabrda yekunlaşdırılması nəzərdə tutulub. Proqramın adı hələ ki, müəyyən edilməyib”, - deyə mənbə qeyd edib. 

Xatırladaq ki, proqramın hazırlanması barədə ilk dəfə bu ilin mart ayında Bakıda keçirilmiş "Kibertəhlükəsizlik həftəsi" çərçivəsində məlumat verilib. 


Ekspress.az