Qəzaya düşən pilotumuzun nəşi tapıldı - VİDEO

20.08.2019 14:10
387
Qəzaya düşən pilotumuzun nəşi tapıldı - VİDEO

Təlim-məşq uçuşu zamanı qəzaya düşən Azərbaycan Hərbi Hava Qüvvələrinin MiQ-29 qırıcısının pilotu polkovnik-leytenant Rəşad Atakişiyevin nəşi tapılıb.


Ekspress.az xəbər verir ki, bu barədə pilotun qayınatası Qabil Hüseynli məlumat verib.

“Rəşad Atakişiyevin nəşi tapılıb. Bundan öncəki axtarışlarda ayaq hissələrindən qalıqlar tapılmışdı. Bu dəfə isə pilot oturacağı və bədəninin digər hissələri də tapılıb. Hissələr analiz olunmaq üçün Patoloji və Anatomiya Birliyinə aparılacaq. Analizlərin uyğun gəlmə ehtimalı yüksəkdir. Çünki bədən hissələri ilə birgə tapılan pilot oturacağı onun olub”, - Q.Hüseynli bildirib.


Politoloq qeyd edib ki, pilotumuzun nəşi Təzə Pir məscidində yuyulacaq və sabah 09:00-da Yeni Yasamal, Dadaş Bünyadzadə 2 küçəsində vida mərasimi keçiriləcək. Mərasimin rəsmi hissəsi Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzinin ("Salyanski" kazarma) binasında olacaq.


Daha sonra pilotumuz 2-ci Fəxri Xiyabanda hərbi mərasimlə dəfn ediləcək.


***


İyulun 24-də plana uyğun olaraq gecə vaxtı təlim-məşq uçuşları keçirən zaman qəzaya uğrayan Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsinin pilotu polkovnik-leytenant Atakişiyev Rəşad Saləddin oğlunun nəşi və təyyarənin qalıqları tapılaraq dənizdən çıxarılıb.


Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Avqustun 21-də saat 10.00-da Silahlı Qüvvələrin Təlim-Tədris Mərkəzində hərbi pilotla vida mərasimi keçiriləcək.


Hazırda hərbi pilotun dəfninin təşkili ilə bağlı müvafiq tədbirlər həyata keçirilir.


(axar)


Ekspress.az

  • SON XƏBƏR
  • TREND