Birinci rübdə Azərbaycan 99 min ton meyvə-tərəvəz ixrac edib

18.04.2019 13:04
56
Birinci rübdə Azərbaycan 99 min ton meyvə-tərəvəz ixrac edib

2019-cu ilin birinci rübdə Azərbaycan 103,454 milyon ABŞ dolları dəyərində 98,823 min ton meyvə-tərəvəz ixrac edib.


Dövlət Gömrük Komitəsinin məlumatına görə bu, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 22,736 milyon dollar (28,2%) və 23,266 min ton (30,8%) çoxdur.


Birinci rübdə meyvə-tərəvəzin ixracı Azərbaycanın ümumi ixracının 2,3%-ni təşkil edib.


Komitə ayrı-ayrı mevvələr və onlardan hazırlanmış məhsulların ixrac həcmini də açıqlayıb. Rüb ərzində Azərbaycan xarici ölkələrə 25,456 milyon dollar dəyərinə 21,372 min ton tomat ixrac edib. Tomat ixracı Azərbaycanın ümumi ixracının 0,6%-ni təşkil edib.


Bundan başqa, 3 ay ərzində Azərbaycan 7,326 min ton meşə fındığı ixrac edib. Bu məhsul ölkəyə 38,963 milyon dollar gəlir gətirib və ümumi ixracda 0,9% paya malik olub. 

Yanvar-mart aylarında Azərbaycanın ixrac etdiyi almanın isə dəyəri 12,208 milyon dollar, miqdarı 29,264 min ton olub. Bu da ümumi ixracın 0,3%-i deməkdir. 


Hesabat dövründə Azərbaycan həm də 19,113 milyon dollar dəyərinə 23,832 min ton xurma ixrac edib. Xurma ixracı ölkənin ümumi ixracının 0,4%-ni təşkil edib.


Ekspress.az

  • SON XƏBƏR
  • TREND