Netanyahu təcili sığınacağa aparıldı - Həyəcan siqnalı


11.09.2019 09:25
119
Netanyahu təcili sığınacağa aparıldı - Həyəcan siqnalı

Qalib gələcəyim təqdirdə İordan vadisini ilhaq edəcəyəm.


Ekspress.az xəbər verir ki, bu sözləri İsrail Baş naziri Benyamin Netanyahu sabah keçiriləcək növbədənkənar parlament seçkiləri ilə bağlı çıxışında deyib.


***


Netanyahu Aşdod şəhərində seçki təşviqatı ilə bağlı çıxışı zamanı həyəcan siqnalları işə düşüb.


Raket zərbəsi təhlükəsi elan olunar-olunmaz baş nazir kürsüdən endirilərək sığınacağa aparılıb.


Bəzi vətəndaşlar partlayış səsi eşitdiklərini bildirsə də, yerli polis raket atılmadığını bəyan edib. (axar)


Ekspress.az

Açar sözlər: