Fran­sa Azər­bay­can­lı­la­rı Ko­or­di­na­si­ya Şu­ra­sı ya­ra­dı­lıb

04.10.2018 18:44
590
Fran­sa Azər­bay­can­lı­la­rı Ko­or­di­na­si­ya Şu­ra­sı ya­ra­dı­lıb

Bu gün azər­bay­can­lı­la­rın ya­şa­dı­ğı öl­kə­lər­dən bi­ri də Fran­sa­dır. Soy­daş­la­rı­mız əsa­sən Fran­sa­da pay­taxt Pa­ris şə­hə­rin­də, El­zas böl­gə­sin­də, Bor­do, Mar­sel və Kann ki­mi bö­yük şə­hər­lər­də ya­şa­maq­da­dır­lar.


Azər­bay­can­lı­la­rın Fran­sa ilə il­kin tə­mas­la­rı XIX əs­rin son­la­rı­na ya­xın baş­la­yıb. Be­lə ki, Azər­bay­can De­mok­ra­tik Res­pub­li­ka­sı 1919-cu il­də 100-ə ya­xın tə­lə­bə­ni döv­lət he­sa­bı­na təh­sil al­maq üçün Av­ro­pa öl­kə­lə­ri­nə, on­lar­dan 42-ni müx­tə­lif ix­ti­sas­lar üçün Fran­sa­ya gön­də­rib. Azər­bay­can De­mok­ra­tik Res­pub­li­ka­sı­nın SSRİ dö­nə­min­də məh­dud sə­viy­yə­də da­vam edən əla­qə­lər Azər­bay­ca­nın 1991-ci il­də ikin­ci də­fə müs­tə­qil­li­yi­ni əl­də et­mə­si­nin ar­dın­dan ye­ni­dən in­ki­şaf et­mə­yə baş­la­yıb. Ve­ri­lən mə­lu­mat­la­ra gö­rə, Fran­sa­da 70 min­dən çox mil­liy­yə­ti azər­bay­can­lı olan şəxs ya­şa­yır.


Cüm­hu­riy­yət tə­lə­bə­lə­ri ola­raq ad­lan­dı­rı­lan tə­lə­bə­lər­dən: Ab­bas Ata­ma­lı­bə­yov, Ab­bas bəy Mu­ra­dov, As­lan bəy Və­zi­rov, Ba­la­ğa Ağa­yev, Bay­ram Ha­cı­yev, Cəb­ra­yıl Rə­hi­mov, Əj­dər bəy Axun­dov, Mir­zey­na­lab­din Mir­qa­sım­za­də, Mi­ri bəy Və­zi­rov, Məm­məd­rə­şid Bos­na­lı­za­də, Mus­ta­fa bəy Və­ki­lov, İs­ra­fil Əş­rə­fov, Rə­şid bəy Top­çu­ba­şov, Za­ur bəy Da­qi­rov, Tey­mur bəy As­la­nov, Zey­na­lab­din Hü­sey­nov və Xas­po­lad bəy Ha­cı­yev Pa­ris Uni­ver­si­te­tin­də təh­sil alıb­lar. Cüm­hu­riy­yə­tin sü­qu­tu­nun ar­dın­dan Fran­sa­da təh­sil alan azər­bay­can­lı tə­lə­bə­lər­dən bir ço­xu si­ya­si mo­tiv­lə­rə gö­rə Azər­bay­ca­na qa­yı­da bil­mə­miş və Fran­sa­da qa­lıb­lar (wi­ki­pe­dia.org). Fran­sa­da qa­lan­lar ara­sın­da Pa­ris Sülh Konf­ran­sın­da Azər­bay­can nü­ma­yən­də he­yə­ti­nin rəh­bə­ri ki­mi çı­xış et­miş Əli­mər­dan bəy Top­çu­ba­şov və oğ­lu Rə­şid bəy Top­çu­ba­şov da olub. Azər­bay­can Xalq Cüm­hu­riy­yə­ti döv­rün­də Fə­tə­li xan Xoys­ki­nin 1918>-ci il de­kab­rın 26-da təş­kil et­di­yi III hö­ku­mət ka­bi­ne­tin­də Ti­ca­rət və Sə­na­ye na­zi­ri və­zi­fə­si­ni ic­ra et­miş Mir­zə Əsə­dul­la­yev də Azər­bay­can­da ye­ni ya­ra­dıl­mış so­vet ha­ki­miy­yə­ti­nin si­ya­si təz­yiq­lə­rin­dən qa­ça­raq Pa­ris mü­ha­ci­rət edib. Cüm­hu­riy­yə­tin is­ti­la­sın­dan son­ra I Əkin­çi­lik və Əmək na­zi­ri Ək­bər ağa Şey­xü­lis­la­mov da öm­rü­nün so­nu­na ki­mi Pa­ris şə­hə­rin­də ya­şa­maq məc­bu­riy­yə­tin­də qa­lan Azər­bay­can zi­ya­lı­la­rın­dan idi.


II Dün­ya mü­ha­ri­bə­si za­ma­nı 600 mi­nə ya­xın azər­bay­can­lı apa­rı­lan hər­bi əmə­liy­yat­lar­da iş­ti­rak edib. SSRİ or­du­su­nun tər­ki­bin­də na­sist or­du­la­rı­na qar­şı apa­rı­lan dö­yüş­lə­rin bir di­gər his­sə­si­ni par­ti­zan mü­ba­ri­zə­si təş­kil edir­di. Azər­bay­can­lı par­ti­zan­lar əsa­sən Al­ma­ni­ya və İta­li­ya əra­zi­lə­rin­də apa­rı­lan dö­yüş­lər­də iş­ti­rak edir­di­lər. Tri­est şə­hə­rin­də Ver­maxt qüv­və­lə­ri­nə qar­şı sa­bo­taj əmə­liy­yat­la­rı hə­ya­ta ke­çi­rən Meh­di Hü­seyn­za­də qı­sa za­man­da bü­tün Av­ro­pa­da məş­hur­la­şır. Meh­di Hü­seyn­za­də ilə ya­na­şı İta­li­ya Xalq Mü­qa­vi­mət Hə­rə­ka­tı­nın iş­ti­rak­çı­sı Ta­hir İsa­yev də ta­nın­mış azər­bay­can­lı par­ti­zan­lar­dan olub.


Fran­sa əra­zi­sin­də dö­yü­şən azər­bay­can­lı par­ti­zan­lar­dan ən ta­nın­mı­şı isə Əh­mə­diy­yə Cəb­ra­yı­lov olub. II Dün­ya mü­ha­ri­bə­si il­lə­rin­də apar­dı­ğı uğur­lu əmə­liy­yat­lar­la məş­hur­la­şan Əh­mə­diy­yə Cəb­ra­yı­lov Fran­sa­da Ar­med Mi­şel, Ryus Ar­med və Xar­qo ki­mi lə­qəb­lə­ri ilə ta­nı­nır. Na­sist­lər par­ti­za­nın ba­şı­na 10 min mar­ka də­yə­rin­də pul mü­ka­fa­tı tə­yin edir­lər. Fran­sa qar­şı­sın­da gös­tər­di­yi xid­mət­lə­rə gö­rə "Fəx­ri Le­gi­on" or­de­ni ilə təl­tif edi­lən Əh­mə­diy­yə Cəb­ra­yı­lov 1944-cü il av­qus­tun 20-də Pa­ris şə­hə­rin­də Mü­qa­vi­mət Hə­rə­ka­tı­nın li­de­ri Şarl de Qoll ilə gö­rü­şür. Mü­ha­ri­bə­nin ba­şa çat­ma­sı­nın ar­dın­dan Əh­mə­diy­yə Azər­bay­ca­na qa­yı­dır.


Azər­bay­can 1991-ci il­də ikin­ci də­fə müs­tə­qil­li­yi­ni elan et­dik­dən 4 ay son­ra Fran­sa tə­rə­fin­dən rəs­mən ta­nı­nıb. 1992-ci ilin 21 fev­ra­lın­da iki döv­lət ara­sın­da dip­lo­ma­tik əla­qə­lər ya­ra­dı­lıb. Elə hə­min il mar­tın 16-da Fran­sa­nın Azər­bay­can­da sə­fir­li­yi fəa­liy­yə­tə baş­la­yıb. Azər­bay­ca­nın Fran­sa­da sə­fir­li­yi isə 1994-cü ilin 20 ok­tyab­rın­da açı­lıb. 1993, 1996 və 1997-ci il­lər­də pre­zi­dent Hey­dər Əli­ye­vin Fran­sa­ya sə­fər­lə­ri olub. Pre­zi­dent İl­ham Əli­ye­vin Fran­sa­ya ilk sə­fə­ri 2004-cü ilin yan­va­rın­da baş tu­tub. Azər­bay­can pre­zi­dent­lə­ri ilə ya­na­şı Fran­sa pre­zi­dent­lə­ri tə­rə­fin­dən də Azər­bay­ca­na sə­fər­lər hə­ya­ta ke­çi­ri­lib. Ni­kol­ya Sar­ko­zi və Fran­sua Ol­land müx­tə­lif vaxt­lar­da Ba­kı­da rəs­mi sə­fər­lər­də olub­lar.


Ay­rı-ay­rı döv­lət­lər­də ol­du­ğu ki­mi, Fran­sa­da ya­şa­yan azər­bay­can­lı­lar da təş­ki­lat­la­na bi­lib­lər. Be­lə ki, ha­zır­da Fran­sa­da on­lar­la Azər­bay­can di­as­po­ru fəa­liy­yət gös­tə­rir. Be­lə təş­ki­lat­lar­dan bi­ri "Araz" Fran­sa-Azər­bay­can Mə­də­ni Əla­qə­lər As­so­sia­si­ya­sı­dır. "Araz" Fran­sa-Azər­bay­can Mə­də­ni Əla­qə­lər As­so­sia­si­ya­sı 2006-cı il­də Pa­ris­də tə­sis edi­lib. As­so­sia­si­ya­nın əsas məq­sə­di mə­də­ni təd­bir­lər və xey­riy­yə ak­si­ya­la­rı təş­kil et­mək, Fran­sa­da fəa­liy­yət gös­tə­rən baş­qa mə­də­ni və di­ni ic­ma­lar­la sıx əla­qə­lər qur­maq­dır. Təş­kil olun­muş təd­bir­lər za­ma­nı Azər­bay­ca­nın ta­ri­xi, ədə­biy­ya­tı, mə­də­niy­yə­ti, mu­si­qi­si, Dağ­lıq Qa­ra­bağ mu­na­qi­şə­si və Fran­sa­da məs­kun­laş­mış azər­bay­can­lı­lar­la bağ­lı ət­raf­lı mə­lu­mat ve­ri­lir və əv­vəl­cə­dən ha­zır­lan­mış film­lər nü­ma­yiş et­di­ri­lir. "Araz" Fran­sa-Azər­bay­can Mə­də­ni Əla­qə­lər As­so­sia­si­ya­sı­nın səd­ri Qu­lam Abi­yar­dır.


Azər­bay­can-Fran­sız Gənc­lik As­so­sia­si­ya­sı-Azər­bay­can-Fran­sız Gənc­lik As­so­sia­si­ya­sı (AF­GA) 2003-cü il­də Pa­ris­də təh­sil alan bir qrup azər­bay­can­lı tə­lə­bə­lər tə­rə­fin­dən tə­sis edi­lib. As­so­sia­si­ya­nın ilk pre­zi­den­ti o za­man Pa­ris­də təh­sil alan Ba­bək İs­ma­yı­lov olub. Növ­bə­ti il­lər­də təş­ki­la­ta Mir­va­ri Fə­tə­li­ye­va baş­çı­lıq edib. Azər­bay­can-Fran­sız Gənc­lik As­so­sia­si­ya­sı bu gün nə­in­ki Pa­ris­də, elə­cə də Fran­sa­da ən ak­tiv təş­ki­lat­lar­dan bi­ri­dir. Fəa­liy­yət dai­rə­si­nin da­ha ge­niş ol­ma­sı məq­sə­di­lə tək­cə tə­lə­bə­lə­ri de­yil, ey­ni za­man­da, gənc­lə­ri də əha­tə edən AF­GA-nın 50-dən cox üzv­lə­ri sı­ra­sı­na həm azər­bay­can­lı­lar, həm də Fran­sa­da ya­şa­yan fran­sız və xa­ri­ci­lər da­xil­dir. As­so­sia­si­ya­nın əsas məq­sə­di mə­də­niy­yə­ti­mi­zi, ta­ri­xi­mi­zi, uğur­la­rı­mı­zı, hət­ta prob­lem­lə­ri­mi­zi çat­dır­maq­la ya­na­şı, Azər­bay­can- Fran­sa ara­sın­da dost­luq əla­qə­lə­ri­ni möh­kəm­lən­dir­mək, iq­ti­sa­di, el­mi və mə­də­ni mü­na­si­bət­lə­rin in­ki­şa­fı­na dəs­tək ver­mək­dir. Təş­ki­lat Pa­ris­də, elə­cə də Fran­sa­nın müx­tə­lif şə­hər­lə­rin­də fərq­li möv­zu­lar­da təd­bir­lər, la­yi­hə­lər hə­ya­ta ke­çi­rir. Tə­bii ki, Dağ­lıq Qa­ra­bağ mə­sə­lə­si də da­im diq­qət­də­dir. Azər­bay­can hə­qi­qət­lə­ri­nin dün­ya ic­ti­ma­iy­yə­ti­nə çat­dı­rıl­ma­sı, Er­mə­nis­ta­nın Azər­bay­ca­na tə­ca­vü­zü ilə bağ­lı bey­nəl­xalq alə­min mə­lu­mat­lan­dı­rıl­ma­sı və bu fak­tın dün­ya döv­lət­lə­ri­nin par­la­ment­lə­ri­nin, si­ya­si dai­rə­lə­ri­nin mü­za­ki­rə­si­nə çı­xa­rıl­ma­sı Azər­bay­can di­as­por təş­ki­lat­la­rı­nın əsas fəa­liy­yət is­ti­qa­mət­lə­rin­dən­dir.


Azər­bay­can Kül­tür Mər­kə­zi-Azər­bay­can Kül­tür Mər­kə­zi 1990-cı il­dən Stras­burq­da fəa­liy­yət gös­tə­rir. Kül­tür Mər­kə­zi­nin məq­sə­di mə­də­ni təd­bir­lər və mil­li bay­ram­la­rı­mı­zı təş­kil et­mək­lə xal­qı­mı­zın mə­də­niy­yə­ti­ni, folk­lo­ru­mu­zu qo­ru­yub sax­la­ma­ğa xid­mət et­mək­dir. Azər­bay­can Kül­tür Mər­kə­zi­nin səd­ri Əh­məd Meh­ri­ba­ni­dir.


Fran­sa­da Azər­bay­can­lı Tə­lə­bə­lər As­so­sia­si­ya­sı (FA­TA)-Fran­sa­da Azər­bay­can­lı Tə­lə­bə­lər As­so­sia­si­ya­sı (FA­TA) 1999-cu il­də Stras­burq­da tə­sis olu­nub ("olay­lar.az"). As­so­sia­si­ya­nın əsas iş prin­sip­lə­ri Fran­sa­da təh­sil alan və mə­zun ol­muş azər­bay­can­lı tə­lə­bə­lə­ri bir ara­ya gə­tir­mək, Azər­bay­ca­nın hə­qi­qət­lə­ri­ni, 20 Yan­var, Xo­ca­lı fa­ciə­si, 31 Mart Azər­bay­can­lı­la­rın Soy­qı­rı­mı­nı həm Fran­sa ic­ti­ma­iy­yə­ti­nə, həm də bu­tun dun­ya­ya cat­dır­maq­dır. As­so­sia­si­ya mü­tə­ma­di ola­raq ra­dio və te­le­vi­zi­ya ka­nal­la­rın­da, elə­cə də in­ter­net sə­hi­fə­lə­rin­də Azər­bay­can və onun prob­lem­lə­rin­dən bəhs edən ve­ri­liş­lər, ya­zı­lar ha­zır­la­yır. Fran­sa Azər­bay­can­lı Tə­lə­bə­lər As­so­sia­si­ya­sı­nın səd­ri Məm­məd İs­ma­yı­lov­dur.


Stras­burq "Azər­bay­can Evi" Cə­miy­yə­ti-Stras­burq "Azər­bay­can Evi" Cə­miy­yə­ti 2005-cı ilin ma­yın­da Fran­sa­nın Stras­burq şə­hə­rin­də ya­ra­dı­lıb. 3 cə­miy­yə­ti - Azər­bay­can­la Mə­də­ni Əla­qə­lər Cə­miy­yə­ti (APEC Az), Azər­bay­can Kül­tür Cə­miy­yə­ti (A.C.A.) və Azər­bay­can­lı Tə­lə­bə­lər Cə­miy­yə­ti­ni (ASE­AF) özün­də bir­ləş­di­rən "Azər­bay­can Evi"nin məq­sə­di böl­gə­də ya­şa­yan həm­və­tən­lə­ri­mi­zi bir ara­ya gə­tir­mək, va­hid di­as­por ki­mi for­ma­laş­ma­sı­na yar­dım gös­tər­mək və Azər­bay­ca­nın ta­ri­xi­ni, mə­də­niy­yə­ti­ni, in­cə­sə­nə­ti­ni təb­liğ et­mək, onun haq­qın­da hə­qi­qət­lə­ri yer­li ic­ti­ma­iy­yə­tə çat­dır­maq­dır. 2007-ci il fev­ra­lın 16-dan eti­ba­rən "Azər­bay­can Evi" Stras­bur­qun mər­kə­zin­də və Av­ro­pa Şu­ra­sın­dan 500 metr ara­lı­da yer­lə­şən ofis­də fəa­liy­yət gös­tə­rir. Stras­burq "Azər­bay­can Evi" Cə­miy­yə­ti­nin səd­ri Mus­ta­fa Əlin­cə­dir.


Ye­ri gəl­miş­kən, bu­gün­lər­də Fran­sa­da fəa­liy­yət gös­tə­rən Azər­bay­can di­as­por təş­ki­lat­la­rı­nın nü­ma­yən­də­lə­ri­nin Pa­ris­də növ­bə­ti top­lan­tı­sı ke­çi­ri­lib. İc­las­da Azər­bay­can Res­pub­li­ka­sı­nın Di­as­por­la İş üz­rə Döv­lət Ko­mi­tə­si­nin nü­ma­yən­də he­yə­ti və öl­kə­mi­zin Fran­sa­da­kı föv­qə­la­də və sə­la­hiy­yət­li sə­fi­ri Rəh­man Mus­ta­fa­yev iş­ti­rak edib­lər.


Di­as­ror­la İş üz­rə Döv­lət Ko­mi­tə­si­nin mət­bu­at xid­mə­tin­dən "Eks­press"ə da­xil olan mə­lu­ma­ta gö­rə, top­lan­tı­da soy­daş­la­rı­mı­zın prob­lem­lə­ri, in­teq­ra­si­ya mə­sə­lə­lə­ri, elə­cə də Azər­bay-ca­nın dün­ya­da təb­li­ği, Qa­ra­bağ hə­qi­qət­lə­ri­nin yer­li ic­ti­ma­iy­yə­tə çat­dı­rıl­ma­sı is­ti­qa­mə­tin­də gö­rü­lən iş­lər və gə­lə­cək plan­lar mü­za­ki­rə edi­lib. Qeyd olu­nub ki, öl­kə­mi­zin təb­li­ği ilə bağ­lı qar­şı­ya qo­yu­lan məq­səd­lə­rə na­il ol­maq üçün Fran­sa­da­kı Azər­bay­can di­as­po­ru öz fəa­liy­yə­ti­ni və ko­or­di­na­si­ya­nı güc­lən­dir­mə­li­dir.


Təd­bir­də di­as­por fəa­liy­yə­ti, ak­tu­al mə­sə­lə­lər və qar­şı­da du­ran və­zi­fə­lər ba­rə­də fi­kir mü­ba­di­lə­si apa­rı­lıb. Di­as­por təş­ki­lat­la­rı və soy­daş­la­rı­mız tə­rə­fin­dən di­as­por fəa­liy­yə­ti­nin da­ha da sə­mə­rə­li təş­ki­li məq­sə­di­lə müx­tə­lif tək­lif­lər səs­lən­di­ri­lib, mü­za­ki­rə­lər apa­rı­lıb. Soy­daş­la­rı­mı­zın da­ha sıx bir­ləş­mə­si­nin və di­as­por təş­ki­lat­la­rı­nın fəa­liy­yə­ti­nin da­ha güc­lü şə­kil­də əla­qə­lən­di­ril­mə­si­nin zə­ru­ri­li­yi qeyd edi­lib. Bu məq­səd­lə Fran­sa Azər­bay­can­lı­la­rı Ko­or­di­na­si­ya Şu­ra­sı tə­sis edi­lib və Nant şə­hə­rin­də fəa­liy­yət gös­tə­rən Azər­bay­can Fran­sa Mə­də­niy­yət As­so­sia­si­ya­sı­nın səd­ri Toğ­rul Zey­na­lov Fran­sa Azər­bay­can­lı­la­rı Ko­or­di­na­si­ya Şu­ra­sı­nın əla­qə­lən­di­ri­ci­si se­çi­lib.


Qeyd edək ki, Fran­sa Azər­bay­can­lı­la­rı Ko­or­di­na­si­ya Şu­ra­sı Fran­sa­da fəa­liy­yət gös­tə­rən Azər­bay­can di­as­por təş­ki­lat­la­rı­nı və di­as­por üzv­lə­ri­ni kö­nül­lü­lük və bə­ra­bər­lik prin­sip­lə­ri əsa­sın­da bir­ləş­di­rən kol­le­gi­al or­qan­dır.

 

Mu­rad MƏM­MƏD­Lİ

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə çap olunur

  • SON XƏBƏR
  • TREND