Fransada 240 “sarı jiletli” saxlanıldı

12.01.2019 23:47
190
Fransada 240 “sarı jiletli” saxlanıldı

Fransanın müxtəlif şəhərlərində "sarı jiletlilər"in keçirdiyi aksiyada saxlanılanların sayı 240 nəfərə çatıb.


Ekspress.az “RİA Novosti”yə istinadla xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.


Məlumata görə, onlardan 200 nəfəri həbs edilib.


Bildirilib ki, nümayişlərdə ümumilikdə 84 min nəfər iştirak edib.


Qeyd edək ki, bu gün "sarı jiletlilər" Fransa şəhərlərinin küçələrində 9-cu dəfə küçələrə çıxıblar.

Açar sözlər:
  • SON XƏBƏR
  • TREND