• AZN:
  • USD 1.7000
  • EUR 1.9649
  • RUB 0.0260
  • GBP 2.2393
  • TRY 0.2990
  • GEL 0.6355
  • Qızıl 2077
  • USD:
  • EUR 0.868
  • TRY 5.58
  • RUB 65.4
  • GBP 0.762
  • AED 3.67
  • Neft 80.26

Məşhur azərbaycanlı idmançı Həbib-Konor döyüşü haqda: “UFC bəladır, şou yaradırlar”

08.10.2018 17:37
42
Məşhur azərbaycanlı idmançı Həbib-Konor döyüşü haqda: “UFC bəladır, şou yaradırlar”

Ötən gün Mütləq Döyüş Çempionatının (UFC) 229-cu turniri çərçivəsində döyüş rusiyalı idmançı Həbib Nurməhəmmədovla irlandiyalı rəqibi Konor Makreqor arasında döyüş keçirilib. Döyüşdə Nurməhəmmədov Konoru məğlub edib. Döyüş bütün dünyada maraqla qarşılanıb.

Bəs görəsən UFC turnirlərində aərbaycanlı idmançıların iştirak etməsi də mümkündürmü?

 

Məsələ ilə bağlı Azərbaycan Pankration Qraplinq və MMA Federasiyasının prezidenti Azad Əsgərov Modern.az-a danışıb. Onun sözlərinə görə, elə azərbaycanlı idmançılar var ki, UFC-də döyüşənlər üzərində qələbə qazanar.

 

“Mən özüm illərlə vuruşmuşam, mənim udduğum adamlar indi UFC-yə çıxırlar. Mən özüm 7 il Yaponiyada vuruşmuşam, orada “Pride” çempionatı var idi. Mən ora qəbul olmuşdum.

 

“Pride”də döyüşənlər hər zaman UFC-də döyüşənlərə qalib gəlirdi. Daha sonra UFC “Pride”i aldı. Bunların hamısı bir şoudur. İnsanlar orada böyük reklamlar hesabına irəliyə gedə bilir. Hamı Peleni ən yaxşı futbolçu kimi tanıyırdı, halbuki, ondan da yaxşı futbolçular var idi.

Eləcə də bu idman növündə də belədir. UFC reklamlarla yaxşı gəlir əldə edir, ona görə də hər adamın yarışlarda iştirakına icazə vermir. Orada iştirak etmək üçün sənin yaxşı reklamın olmalıdır. Onların götürdüyü adama baxırsan, işləri-gücləri ancaq şou göstərməkdir. Nə qədər yaxşı idmançı olsan da, dünya çempionu olsan da götürmürlər. Gərək onların tələblərinə uyğun gələsən. Rusiya kimi dünyada at oynadan ölkənin UFC-də çox az sayda idmançısı var. Rus idmançılar da hər zaman döyüşlərdə uğur qazanırlar. Biz hər zaman döyüşlərdə Rusiya və Ukrayna ilə başa-baş gəlmişik, istər qaydasız döyüşdə, istər güləşdə və digər idman növlərində”.

 

Azad Əsgərovun sözlərinə görə, UFC-yə düşmək üçün yaxşı maliyyə dəstəyi lazımdır.

 

“Əgər pul olsa, mən seçilmə idmançıları ora apararam. Mənə bir neçə dəfə Amerikadan deyiblər ki, idmançılarınızı gətirin bura, əvvəl aşağı səviyyəli döyüşlərdən başlasınlar, reklamları artsın və zamanla çempionatlarda iştirak etsinlər. Amerikada UFC-dən sonra “Bellotur” var. Bizim Cəmil adlı tələbəmiz var, “Bellotur”la müqavilə bağlayıb”.

 

Federasiya prezidenti deyib ki, idmançıların inkişafı üçün şərait yaradılmalıdır.

 

“İdmançılara dəstək verib onların beynəlxalq yarışlarda iştirak etməsini təmin etmək lazımdır. Bu gün mən desəm ki, ən güclü idmançı azərbaycanlı idmançılardır, bu, düzgün olmaz. İdmançılar yarışlara getməlidirlər ki, təcrübələri olsun. Hər bir idmançı bir məşq etməyəndə geriyə qalır.

 

Ola bilər ki, idmançı güclü olsun, amma Azərbaycandan kənara çıxmırsa, o necə inkişaf edə bilər? UFC bir bəladır, insanları oynadır, şou yaradırlar.

 

Azərbaycanın və dünyanın bir çox ölkəsinin güclü idmançıları var ki, onlar UFC-də iştirak edə bilmirlər. Mən özüm 3 federasiyanın rəhbəriyəm. Pul tapıb yarışlara gedə bilmirik. Kim o yarışlara pul verəcək ki?... Həmin yarışlarda iştirak etmək üçün ən əsas məsələ maliyyədir. Əgər pul olarsa zamanla həmin yarışlarda Azərbaycan idmançıları da iştirak edə bilər”.


Ekspress.az

  • SON XƏBƏR
  • TREND