"Traktor"la bağlı şayiə yayıldı - Klubdan açıqlama

13.08.2019 17:53
139
"Traktor"la bağlı şayiə yayıldı - Klubdan açıqlama

Güney Azərbaycanın “Traktor” futbol komandasının nəzarətçisi Əhəd Şeyxləri son günlərdə Azərbaycan komandasından bir neçə oyunçunun ayrılması ilə bağlı yayılan şayiələrə aydınlıq gətirib.


Ekspress.az xəbər verir ki, o, bu barədə “Fars” xəbər agentliyinə danışıb.


“Məsih Zahidi və İman Səlimi “Traktor”dan ayrılmayıb. Yalnız Məhəmməd Müslimipur komandadan ayrılaraq “Maşınsazi”yə qoşulub. Bu barədə yayılan digər xəbərlər şayiədən başqa bir şey deyil", - o bildirib.


Qeyd edək ki, idman saytları dünən müdafiəçi Məsih Zahidinin “Traktor”dan ayrılmasının qətiləşdiyini iddia etmişdi. Onun baş məşqçi Mustafa Dənizli tərəfindən komandadan uzaqlaşdırıldığı deyilmişdi. (axar)


Ekspress.az

  • SON XƏBƏR
  • TREND