Yığmamız mundialda ikinci qələbəsini qazandı- Polina Rəhimova mundiyalın ən sərrast oyunçusudur

03.10.2018 11:12
95
Yığmamız mundialda ikinci qələbəsini qazandı- Polina Rəhimova mundiyalın ən sərrast oyunçusudur


 

Yaponiyada qadın voleybolçular arasında keçirilən və sayca 18-ci olan dünya çempionatında qrup oyunları davam edir. Baş məşqçisi Faiq Qarayev olan Azərbaycan yığması da daxil olmaqla, planetin 24 ən güclü komandasının 4 qrupda (hərəsində 6 komanda) mübarizə apardığı bəlli yarışda bu gün 4-cü tura start verilib. Xəbər verdiyimiz kimi, hazırki dünya çempionu ABŞ, eləcə də Rusiya, Tayland, Cənubi Koreya və Trinidad-Tobaqoyla birlikdə «C» qrupunda yer alan millimiz hesabat turunda Trinidad-Tobaqo yığmasıyla üzləşib. Maraqlı və gərgin mübarizə şəraitində keçən qarşılaşma Faiq Qarayevin yetirmələrinin 3:0 (29:27, 25:16, 25:17) hesablı qələbəsiylə bitib. Qarşılaşmada ən gərgin anlar birinci setdə yaşanıb. Xala-xal prinsipində keçən set tay-brekə uzanıb - 29:27. Nəticədən də göründüyü kimi, voleybolçularımız birinci setlə müqayisədə ikinci setdə çox da çətinlik çəkməyiblər.


Voleybolçularımızın əzmikarlığı sayəsində set yığmamızın 9 xal fərqli üstünlüyü ilə başa çatıb - 25:16. Görüşün üçüncü setinə də yığmamız fəal başlayıb və üçüncü set matçda həlledici olub. Birinci texniki fasiləyə 8:5 hesablı üstün durumda yollanan yıbğmamız fasilədən sonra təzyiqi bir qədər də artırmaqla xal fərqini 16:8-ə çatdırıb. Bundan sonra da təşəbbüsü özündə saxlayan (18:9, 20:11, 22:14, 23:15, 24:16, 24:17, 25:17) yığmamız seti öz xeyrinə bitirməklə rəqib üzərində qələbəni reallaşdırıb. Bununla da, mundialda iki dəfə məğlubiyyət acısı dadan yığmamız ikinci dəfə isə qələbə sevincini yaşayıb. Maraqlıdır ki, yığmamızın iştirakı ilə keçirilən əvvəlki oyunlarda olduğu kimi, bu dəfə matçın ən məhsuldar oyunçusu yığmamızın forvardı Polina Rəhimova olub. O, dəqiq zərbələri sayəsində özünün və yığmamızın aktivinə 27 xal yazdırıb, Onun komanda yoldaşlarından Yana Kulan 15, Odina Əliyeva (kapitan) isə 10 xalla yadda qalıb. Bu arada mundialın ən məhsuldar oyunçularının da siyahısı açıqlanıb. Yığmamızın üzvü Rəhimova 93 xalla siyahıya liderlik edir. Onun ən yaxın izləyicisi olan hollandiyalı LennekoSloetces 79 xal toplaıb. 


Bu gün yığmamızın yer aldığı «C» qrupunda daha iki görüş keçirilib. Əvvəlcə Koreya və Rusiya, sonra isə ABŞ-la Taylanda münasibətləri ayırd etmək üçün meydana çıxıblar. 

Yığmamızın oyunu başa çatandan sonra turnir cədvəlində vəziyyət belə olub.


1. Rusiya   3      3      0      9-2   253-1201   9

2. ABŞ      2      2      0      6-0   154-102     6

3. Tayland 3      2      1      8-6   287-275     6

4. Azərbaycan     4      2      2      6-7   306-293     6

5. Koreya  2      0      2      3-6   181-194     1

6. T.Tobaqo        4      0      4      1-12 207-323     0

 

 

 

Açar sözlər:
  • SON XƏBƏR
  • TREND