“Minsk 2019”: Azərbaycan güləşçisi finala yüksəlib


25.06.2019 20:20
103
“Minsk 2019”: Azərbaycan güləşçisi finala yüksəlib

Azərbaycanın sərbəst güləşçisi Mahir Əmiraslanov “Minsk 2019” II Avropa Oyunlarında finala yüksəlib.


Ekspress.az xəbər verir ki, 57 kq çəki dərəcəsində mübarizə aparan idmançı yarımfinalda rusiyalı Zaur Uquyevlə üz-üzə gəlib. Qarşılaşma Azərbaycan təmsilçisinin qələbəsi ilə başa çatıb - 3:2.


Əmiraslanov həlledici görüşdə serbiyalı Stevan Miçiçlə üz-üzə gələcək. Final sabah keçiriləcək (report).


Qeyd edək ki, bu gün sərbəst güləşçilərdən Cəmaləddin Məhəmmədov (125 kq) və Aleksandr Qostiyev (86 kq) də 1/2 final görüşlərinə çıxacaq. Onlar müvafiq olaraq gürcüstanlı Givi Matçaraşvili və rusiyalı Dauren Kuruliyevlə qarşılaşacaqlar.


Ekspress.az

Açar sözlər:
  • SON XƏBƏR
  • TREND