Gürcü futbolçu yaxşı təklifə baxmayaraq Azərbaycanda oynamaq istəməyib

17.05.2019 13:21
148
Gürcü futbolçu yaxşı təklifə baxmayaraq Azərbaycanda oynamaq istəməyib


“Asiyadan, Azərbaycandan, Qazaxıstandan, Moldovadan təkliflər almışdım. Mənə daha çox pul təklif edirdilər”.


Bunu Gürcüstan milli komandasının və İsveçrənin “Lütsern” klubunun futbolçusu Valerian Qviliya deyib.


İcarə əsasında Polşanın “Qurnik” klubunda çıxış edən 24 yaşlı mərkəz yarımmüdafiəçisi müxtəlif ölkələrdən təklif aldığını bildirib. V.Qviliya Azərbaycana da çağırıldığını, lakin yüksək məbləğdən imtina etdiyini bildirib:


“35 yaşındakı kimi görünsəm də, hələ 24 yaşım var, hələ gəncəm. Gənc yaşında bu tip ölkələrin çempionatına gedənlərin əleyhinə deyiləm. Amma bu, mənim yolum deyil. Hazırda daha yaxşı liqalarda oynamaq üçün hər şey etməliyəm (ONA). Asiya heç yerə qaçmır. Bir neçə ildən sonra da ora gedə bilərəm”.


Qeyd edək ki, V.Qviliya 2016-cı ildən çağırıldığı Gürcüstan yığmasında 21 oyun keçirib.


Ekspress.az

  • SON XƏBƏR
  • TREND