Azərbaycan dövlətinin adambaşına düşən xarici borcu 895 dollardır

06.03.2019 17:22
192
Azərbaycan dövlətinin adambaşına düşən xarici borcu 895 dollardır

Azərbaycanda adambaşına düşən xarici borcun məbləği bəlli olub.

 

Bu barədə Nazirlər Kabinetinin 2018-ci ildə fəaliyyəti haqqında hesabatında öz əksini tapıb.

 

Sənəddə qeyd edilib ki, Azərbaycanın əməkdaşlıq etdiyi müxtəlif beynəlxalq maliyyə-kredit qurumları ilə 2019-cu il yanvarın 1-i tarixinə bilavasitə hökumətə verilən və dövlət büdcəsi vəsaiti hesabına xidmət edilən ümumi məbləğ 14,169 milyard ABŞ dolları ekvivalentində kredit sazişləri imzalanıb.

 

İmzalanmış sazişlər üzrə ayrılan kreditlərdən ümumilikdə 12,394 milyard ABŞ dolları ekvivalentində vəsait istifadə edilib.

 

2019-cu ilin 1 yanvar tarixinə istifadə edilmiş kreditlər üzrə ümumilikdə təqribən 3,4668 milyard ABŞ dolları məbləğində əsas borc qaytarılıb (ONA).

 

Dövlət zəmanəti ilə verilmiş xarici borcun qalıq məbləği borcalan təşkilatların təqdim etdiyi hesabat məlumatlarına əsasən, 2019-cu il 1 yanvar tarixinə 8,927 milyard ABŞ dolları ekvivalentində olub.

 

Adambaşına düşən xarici dövlət borcunun məbləği 2018-ci ilin 1 yanvar tarixi ilə müqayisədə 54,5 dollar azalaraq, 2019-cu il 1 yanvar tarixinə 895 ABŞ dolları təşkil edib.

 

Qeyd edək ki, Nazirlər Kabinetinin 2018-ci ildə fəaliyyəti haqqında hesabatı Milli Məclisin martın 15-də keçiriləcək iclasında müzakirə ediləcək.


Ekspress.az

Açar sözlər:
  • SON XƏBƏR
  • TREND