Türkiyə Rusiya vətəndaşları üçün viza rejimini ləğv etməyi düşünür

25.03.2019 13:59
78
Türkiyə Rusiya vətəndaşları üçün viza rejimini ləğv etməyi düşünür


Türkiyə və Rusiya hökumətləri viza rejiminin aradan qaldırılması üçün danışıqlara başlayıb.


Bu barədə xarici işlər naziri Mevlud Çavuşoğlu bildirib. O deyib ki, Rusiya vətəndaşlarının Türkiyəyə vizasız, şəxsiyyət vəsiqəsi ilə gələ bilmələri üçün Moskva ilə danışıqlar aparılır (ONA).


Nazirin sözlərinə görə, martın 28-də Rusiya xarici işlər naziri Sergey Lavrovun rəhbərlik etdiyi heyətlə Antalyada bu barədə müzakirələr aparılacaq.

Müzakirələrinin davamı aprelin 8-də Moskvada olacaq.


Ekspress.az

  • SON XƏBƏR
  • TREND