Ayın teleskopla müşahidəsi təşkil ediləcək

19.10.2018 19:09
368
Ayın teleskopla müşahidəsi təşkil ediləcək

2010 -ci ildən başlayaraq hər il bütün dünyada Beynəlxalq Ay Müşahidəsi Günü qeyd olunur. Bu barədə "Ekspress.az"a Azərbaycan Milli Elmlər Akademiyası N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elnur Məmmədli bildirib.


Onun sözlərinə görə, vəqsəd hər il bir gün bütün Yer üzündə olan hər kəsi Ayı birlikdə müşahidə etməyə və öyrənməyə dəvət etməkdir. Bu i l bu hadisə dünyanın bir çox ölkələrində 800-dən artıq tədbirlə qeyd olunur.


eyd edək ki, Şamaxı Astrofizika Rəsədxanası cari ilin oktyabrın 20-də Beynəlxalq Ay Müşahidəsi Günü çərçivəsində (hava şəraiti əlverişli olarsa) hər kəsi Şamaxı Astrofizika Rəsədxanasına Ayı teleskopla müşahidə etməyə dəvət edir.

 

Murad MƏMMƏDLİ