Putindən şok sözlər: Bunu hansı axmaq deyib? - Video


04.09.2019 17:21
61
Putindən şok sözlər: Bunu hansı axmaq deyib? - Video

Rusiya Prezidenti Vladimir Putin Uzaq Şərqi yalnız büdcədən vəsait yeyən ballast hesab edənləri axmaq adlandırıb.


Ekspress.az xəbər verir ki, bu barədə Putin Dövlət Şurası Rəyasət Hüyətinin Uzaq Şərqin inkişafına dair milli proqrama həsr olunmuş iclasında çıxışı zamanı bildirib.


İclasda Yakutiya rəhbəri Aysen Nikolayev “Uzaq Şərq Rusiyaya lazımdırmı?” sualı ilə çıxış edib:


“Görünür, bu sualın cavabı bu gün üçün tamamilə aydındır. Lakin yaxın vaxtlara qədər bir çoxları bundan əmin deyildilər. Hətta bir çox yüksək tribunalardan belə Uzaq Şərqin sadəcə büdcə vəsaiti tələb edən ballast olduğu fikri səsləndirilirdi”.


İclasın bu məqamında Rusiya Prezidenti Vladimir Putin Nikolayevin çıxışını kəsib: “Hansı axmaqların bu cür danışdıqlarını bilmirəm”.


Nikolayev isə öz növbəsində bu cür fikirlərin 25 il əvvəl səsləndirildiyini qeyd edib. Putin buna cavab olaraq bu gün barədə danışmağı məsləhət görüb.


(axar)


Ekspress.az


Açar sözlər:
  • SON XƏBƏR
  • TREND