Türk qırıcıları terror düşərgələrini bombaladı

15.12.2018 00:38
417
Türk qırıcıları terror düşərgələrini bombaladı

Türkiyə Hərbi Hava qüvvələrinin qırıcıları İraqın şimalındakı Zap və Hakurk bölgələrindəki terror düşərgələrini bombalayıb.

Ekspress.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, əməliyyat nəticəsində 8 terrorçu zərərsizləşdirilib.

Bunun ardınca isə Türkiyənin İraqdakı səfiri Xarici İşlər Nazirliyinə çağırılıb.

İraq Xarici İşlər Nazirliyindən verilən məlumata görə, PKK-ya qarşı təşkil edilən hücum zamanı regiona zərər dəydiyi səfirin diqqətinə çatdırılıb. Həmçinin, İraqın hava məkanının pozulduğu bəyan edilib.


Ekspress.az

Açar sözlər: