Bir ayda Sabunçu dəmiryolu vağzalı kompleksindən 13 mindən çox sərnişin istifadə edib

20.06.2019 21:50
70
Bir ayda Sabunçu dəmiryolu vağzalı kompleksindən 13 mindən çox sərnişin istifadə edib

Mayın 21-də açılışı olan Sabunçu dəmiryolu vağzalı kompleksinindən bu günə qədər 13 mindən artıq sərnişin istifadə edib.


Bu barədə Azərbaycan Dəmir Yolları QSC-dən məlumat veriblər.


Məlumata görə, 03 iyun 2019-cu il tarixindən etibarən Bakı-Sabunçu-Bakı marşrutu üzrə elektrik qatarı təyin edilib:


"Bakı-Sabunçu-Bakı marşrutu üzrə elektrik qatarının fəaliyyəti dövründən bu günə qədər 13 066 sərnişin daşınıb".


Qeyd edək ki, mayın 21-də istifadəyə verilən Sabunçu dəmiryolu xəttinin uzunluğu bir istiqamət üzrə 13,5 kilometrdir. Bakı sərnişin - Sabunçu dəmir yolu xətti üzərindəki Bakıxanov, Koroğlu, Keşlə və Nərimanov dayanacaqları tamamilə yenidən qurulub (trend).


Elektrik qatarlarında gediş plastik kartla, eləcə də bilet kassalarında, köşklərdə əldə edilən kağız biletlərlə həyata keçirilir. Plastik kartlar Bakı-sərnişin stansiyasında, Keşlə, Koroğlu, Bakıxanov dayanacaqlarında və Sabunçu stansiyasındakı bilet kassalarında əldə oluna bilər.


Bakı-Sumqayıt-Bakı elektrik qatarlarında istifadə edilən plastik kartlar bu istiqamətdə də keçərlidir.


Ekspress.az

  • SON XƏBƏR
  • TREND