“Liverpul” mövsümdə 173 milyon avro qazanıb

13.05.2019 15:54
87
“Liverpul” mövsümdə 173 milyon avro qazanıb


İngiltərə Premyer Liqasında başa çatan 2018/19 mövsümündə klubların təşkilatçılardan aldığı mükafatların məbləği açıqlanıb.


Gümüş mükafatçı “Liverpul” daha çox qazanıb.

Mersisaydlılar teleyayımdan 38,5, turnir cədvəlindəki mövqeyinə görə 42,5 milyon avro əldə ediblər. Digər 92 milyon avro hər komandaya iştirak üçün verilən vəsaitdir (ONA). “Mançester Siti” çempion olsa da, bu göstəricidə 2-ci olub. “Çelsi” isə ən çox qazananlar siyahısında 3-cüdür.

Premyer Liqa klublarının 2018/19 mövsümündəki mükafatları (milyon avro ilə)


1. Mançester Siti - 171,7

2. Liverpul – 173

3. Çelsi – 165,9

4. Tottenhem – 165

5. Arsenal – 161,5

6. Mançester Yunayted - 161,7

7. Vulverhempton - 144

8. Everton - 145,7

9. Lester - 139,6

10. Uotford - 130,9

11. Vest Hem - 136,3

12. Kristal Pelas – 129

13. Bornmut – 124

14. Nyukasl - 133,5

15. Bёrnli - 120,9

16. Sauthempton - 117,4

17. Brayton – 119

18. Kardiff - 115,5

19. Fulhem - 114,5

20. Haddersfild - 108,5


Qeyd: ardıcıllıq turnir cədvəlindəki mövqeyinə görədir


Ekspress.az

  • SON XƏBƏR
  • TREND