"Azəri" yatağından indiyədək hasil edilən neftin miqdarı açıqlanıb

12.06.2019 14:27
30
"Azəri" yatağından indiyədək hasil edilən neftin miqdarı açıqlanıb

Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Azəri-Çıraq-Günəşli” (AÇG) neft-qaz blokuna daxil olan “Azəri” yatağının işlənməsindən 2019-cu ilin aprelin 1-dək 296,1 mln. ton neft və 116,1 mlrd. kubmetr qaz hasil edilib.


SOCAR-dan erilən məlumata görə, hesabat dövründə “Çıraq” yatağından 119 mln. ton neft və 26 mlrd. kubmetr qaz hasil edilib. Bu dövrdə dərin sulu “Günəşli”dən 65,9 mln. ton neft və 14,1 mlrd. kubmetr qaz çıxarılıb.

Qeyd edək ki, 01.04.2019-cu il tarixinədək AÇG-dən 481,1 mln. ton neft və 156,2 mlrd. kubmetr qaz hasil edilib (APA).


Xatırladaq ki, AÇG üzrə ilk Hasilatın Pay Bölgüsü sazişi 1994-cü ilin sentyabrında imzalanıb. 2017-ci ildə sazişə əlavələr edilib və müddəti 2049-cu ilə qədər uzadılıb.

Hazırda AÇG-də iştirak edən şirkətlərin payı: BP (operator – 30,37%), SOCAR (25,0%), “Chevron” (9,57%), INPEX (9,31%), “Equinor” (7,27%), “ExxonMobil” (6,79%), TPAO (5,73%), ITOCHU (3,65%), “ONGC Videsh Limited” (OVL) (2,31%).


Ekspress.az

  • SON XƏBƏR
  • TREND