"Bazarların monitorinq edilməsinə ehtiyac var" - QİYMƏT ARTIMI

03.10.2019 15:33
132
"Bazarların monitorinq edilməsinə ehtiyac var" - QİYMƏT ARTIMI

Xəbər verdiyimiz kimi, Azərbaycanda minumum əmək haqqı 250, pensiyalar isə 200 manata qaldırıldı. Təəssüf ki, bu artım bazarlardakı qiymətlər də təsir edir. Belə ki, son bir neçə gündə marketlərdə qida məhsulların qiymətində artım müşahidə olunur.


Ekspress.az xəbər verir ki, bununla bağlı Sosial və İqtisadi İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov bildirib ki, maaşlar və pensiya qalxmadan öncə də istehlak bazarlarda bahalaşmaların olduğunu müşahidə edirdik:


"Cənab prezidentimiz də çıxışında qiymət artımı məsələsinə xüsusi toxundu. Bildirdi ki, bazarda karter yanaşmanın olması süni qiymət artımına gətirib çıxarır. Azərbaycanda təəssüf ki, əmək haqqı ilə bağlı qərar qəbul olunan zaman və vətandaş artan maaşını almamış bazarlarda sahibkarlar tərəfindən qiymətlər qaldırılır. İstehlak bazarlarında qiymət artımı monapolist sahibkarlar tərəfindən psixoloji və praktik şəkildə həyata keçirilir. Maaşların və pensiyaların artırılması daha çox sosial ehtiyacı olan vətəndaşların gəlirlərinə təsir edir. Bu artım ciddi qiymət artımına gətirib çıxarmamalı idi. Xüsusi ilə nəzərə alsaq ki, vətəndaşlarımızın yerli məhsullara ehtiyacı var. Düşünürəm ki, yerli məhsulların qiymətinin tənzimlənməsi mümkün idi. Bu ondan xəbər verir ki, bazarların monitorinq edilməsinə ehtiyac var. Yay mövsümünda aparılan monitorinqlər göstərdi ki, paytaxt bazarlarında olan qiymətlər rayonlardakı ilə kəskin fərqlənir".


"Bazarların monitorinq edilməsinə ehtiyac var"- Vüqar Bayramov qiymət artımından danışdı


Vüqar Bayramov qeyd edib ki, bazarda rəqabətin gücləndirilməsi çox vacibdir: "Xüsusilə də bazardakı monopoliyaya qarşı mübarizə, o cümlədən şəhərdən kənddə layihəsini genişləndirilməsinə ehtiyac var. Əks təqdirdə biz bazarlarda sahibkarlar tərəfindən suni qiymət artımlarını hər zaman müşahidə edəcəyik. Əlbəttə bu qəbul edilən deyil. Sosial paketin mahiyyəti ondan ibarətdir ki, bazarlardakı tarazlığı pozmadan gəlirləri artırmaq mümkün olsun. Sosaial paketlə yanaşı bazarın liberallşadırılması ilə də bağlı islahatların sürətlənməsi vacibdir ki, biz yaxın dövrlərdə də suni qiymət artımı ilə qarılaşmayaq". (big)


Ekspress.az

Açar sözlər: