Ronaldu İtaliyanın ən qiymətli oyunçusu seçilib

18.05.2019 21:08
176
Ronaldu İtaliyanın ən qiymətli oyunçusu seçilib

"Yuventus" klubunun portuqal hücumçusu Kriştianu Ronaldu hazırkı mövsümdə futbol üzrə İtaliya A seriyasının ən qiymətli oyunçusu seçilib.


Bu barədə "Football Italia" bildirib.


Mükafat A seriyası üzrə verilir. Nominasiyaların qalibləri "Opta Sport" və "Netco Sports" statistika agentliklərinin məlumatları əsasında təyin edilir. Qalibin seçimi zamanı oyunçuların İtaliya çempionatında, ölkə kubokunda və superkubokunda çıxışları nəzərə alınıb.


Qeyd edilir ki, 34 yaşlı Ronaldu indiki mövsümdə A seriyasının 30 matçında 21 qol (5 qol penalti zərbəsi ilə) vurub. O, həmçinin 8 məhsuldar ötürmə verib.

Mükafatlara başqa futbolçular da layiq görülüblər.


"İnter"in qapışısı Samir Handanoviç ən yaxşı qapıçı, "Napoli"nin müdafiəçisi Kalidu Kulibali ən yaxşı müdafiəçi, "Latsio"nun yarımmüdafiəçisi Sergey Milinkoviç-Saviç ən yaxşı yarımmüdafiəçi, "Sampdoriya" klubunun hücumçusuFabio Kvalyarella ən yaxşı hücumçu, "Roma"nın futbolçusu Nikolo Zaniolo ən yaxşı gənc futbolçu mükafatlarına layiq görülüblər (report).


Daha əvvəl bildirilib ki, Ronaldu "Yuventus"dan İskonu almağı xahiş edib.


Ekspress.az


  • SON XƏBƏR
  • TREND