Ərdoğan Trampın köməkçisinə əsəbləşdi - "Böyük səhv edib"

08.01.2019 16:23
160
Ərdoğan Trampın köməkçisinə əsəbləşdi - "Böyük səhv edib"


“Con Bolton Türkiyə qarşısında şərt qoymaqla çox böyük səhv edib”.

 

Ekspress.az xəbər verir ki, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan Donald Trampın təhlükəsizlik məsələləri üzrə köməkçisi Con Boltonun açıqlamasına reaksiya verib.

“Con Bolton ABŞ qoşunlarının Suriyadan çıəxarılması qarşılığında Türkiyəyə şərt qoymaqla böyük səhv edib. Türkiyə Suriya ərazisində terrorçu qruplaşmaların mövcudluğu ilə heç vaxt barışmayacaq”.

 

Xatırladaq ki, Con Bolton ABŞ qoşunlarının Suruiyadan çıxarılmasından sonra türk qoşunlarının Suriya kürdlərinə qarşı döyüşə başlamamalı olduqlarını demişdi. O əks halda, amerikalıların Suriyada qalacalarını əlavə etmişdi.

Açar sözlər:
  • SON XƏBƏR
  • TREND