Tovuzda zəncirvari qəza - Ölən var

14.10.2019 11:00
92
Tovuzda zəncirvari qəza - Ölən var

Tovuz rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.


Ekspress.az xəbər verir ki, Tovuz şəhər ərazisində "Jeep", "VAZ" markalı avtomobillərin və motosikletin iştirakı ilə zəncirvari qəza olub. 


Qəza nəticəsində motosikletin sürücüsü, 1984-cü il təvəllüdlü Babək Əliyev ağır xəsarət alıb.


Yaralı xəstəxanaya aparılıb, lakin həkimlər tərəfindən göstərilən tibbi yardımlara baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır. (report)


Ekspress.az