Azərbaycanda beş yaşlı uşaqların 75 faizi təhsilə cəlb edilir

17.06.2019 16:18
61
Azərbaycanda beş yaşlı uşaqların 75 faizi təhsilə cəlb edilir


2018-2019-cu tədris ilində ümumi təhsil müəssisələrində dövlət büdcəsi hesabına məktəbəhazırlıq qruplarının təşkil olunması yolu ilə 5 yaşlı uşaqların təhsilə cəlb edilməsi səviyyəsi 2013-cü ildəki 24 faizdən 75 faizə çatdırılıb.


Təhsil Nazirliyindən bildiriblər ki, növbəti illərdə bu göstəricinin 90 faizə çatdırılması və gələcəkdə bütün 5 yaşlı uşaqları əhatə etməsi qarşıda duran əsas hədəflərdəndir.


UNİSEF və Avropa İttifaqının maliyyə dəstəyi ilə 3-5 yaşlı uşaqların icma əsaslı məktəbəqədər təhsilə cəlb olunması layihəsinə başlanılıb (Azərtac). Layihə Bakı şəhərində və 10 rayonda 100 icmanı, 2 mindən çox uşağı əhatə etməklə həyata keçirilir.


Ekspress.az

  • SON XƏBƏR
  • TREND