Bakıda iki avtomobil toqquşub, ata və oğlu yaralanıb

21.10.2019 09:05
83
Bakıda iki avtomobil toqquşub, ata və oğlu yaralanıb

Bu gecə Bakıda növbəti ağır yol-nəqliyyat hadisəsi baş verib.


Ekspress.az xəbər verir ki, qəza Nərimanov rayonunda qeydə alınıb. 


Belə ki, iki avtomobilin toqquşması nəticəsində 1984-cü il təvəllüdlü Babayev Əli İlyas oğlu və onun 10 yaşlı övladı Babayev İlyas Əli oğlu xəsarət alıb.


Yaralılar təcili yardımın köməkliyi ilə paytaxtın özəl xəstəxanalarından birinə yerləşdirilib. 


B. Əliyə kəllə-beyin travması, ayağın kəsilmiş yarası, B. İlyasa isə kəllə-beyin travması diaqnozu qoyulub. Hazırda polis qəzanın təfərrüatlarını araşdırır. (report)


Ekspress.az