Azərbaycanda qadın din xadimlərinə ehtiyac artır

Mənəvi Dəyərlərin Təbliği Fondu tərəfindən 1000-dən bir qədər artıq din xadimi maddi dəstək alır və onların içərisində qadınlar çox cüzidir.
Bunu jurnalistlərə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.
O qeyd edib ki, məscidlərdə çalışan din xadimlərinə və dini icmalarda çalışan, fəal olan bu və ya digər dini icma üzvü və ya rəhbəri olan qadınlara da maddi dəstək verilir:
“Fond vasitəsilə müəyyən layihələr həyata keçirilir ki, bu layihələrdə dini icmalar yaxından iştirak edirlər. Azərbaycanda din sahəsində çalışan və icma rəhbəri olan xanımlar da var (trend). Qadınların bu və ya digər dini xarakterli məclislərində iştirak üçün xanım din xadimlərinə ehtiyac getdikcə artır. Bunu nəzərə alaraq İlahiyyat İnstutunda da kadrların hazırlığı aparılır".
M.Qurbanlı əlavə edib ki, məscidə rəhbərlik edən və dini ayinlərin icrasını həyata keçirən xanımlar yoxdur:
"Gələcəkdə məscidlərdə xanımların məsciddə dini ayinləri birbaşa idarə edib-etməməsi məsələsi Qafqaz Müsəlmanları İdarəsinə bağlıdır və təcrübədə hələlik tətbiq olunmur. Xanımlara aid bəzi mərasimlər var ki, qadın din xadimləri orada iştirak edə, idarə edə bilər. Hazırda bu cür məclisləri idarə edən xanımlar var. Bütövlükdə bu sahədə xanımların idarəçilikdə iştirakı məsələsi həm Komitə, həm də Qafqaz Müsəlmanları İdarəsi tərəfindən müzakirə olunur".
Ekspress.az
-
-
22.10 09:58
Baş Nazirin birinci müavininin köməkçisi vəfat edib
-
21.10 17:20
Tünzalə, Röya və Mir Yusifə “Xalq artisti” fəxri adı verilib
-
21.10 16:35
Ağırçəkili 1 nəfər mənzildən çıxarılıb
-
21.10 15:31
Gəncədə hündürmərtəbəli binada yanğın
-
21.10 15:10
Prezident bu şəxsləri təltif etdi
-
21.10 14:17
İntihar edən gəncin məktubu tapıldı - "Bağışla məni ana..." – FOTO/VİDEO
-
21.10 14:06
Sabah 26 dərəcə İSTİ OLACAQ
-
21.10 13:50
Bakıda prokurorluq əməkdaşı AVTOMOBİLDƏ KEÇİNDİ (Foto)
-
21.10 13:12
Bakının bu ərazisi “it qorxusu” ilə yaşayır - Foto
-
21.10 12:45
Teymur Mustafayevə AĞIR İTKİ
-
21.10 12:12
“Papa Cinema”da dostu onu sevgilisinə görə bıçaqlayıb! - ŞOK AÇIQLAMA
-
21.10 10:35
Maqnit qasırğası olacaq
-
21.10 09:35
8 bina sökülür - Köçürülmə başlanılıb
-
21.10 09:05
Bakıda iki avtomobil toqquşub, ata və oğlu yaralanıb
-
19.10 13:10
Bakı metrosunun bu stansiyaları bağlanır - Rəsmi
-
19.10 12:22
Prezident açıqladı: 4 minə yaxın köçkün ailəsi...
-
19.10 11:40
Azərbaycanda 5 yaşlı uşaq qızdırmadan öldü
-
19.10 11:32
Enerji içkilərinin bu şəxslərə satışı qadağan olunur
-
19.10 11:18
İlham Əliyev 2 sərəncam imzaladı
-
19.10 10:13
Rusiyada bənd uçdu: 12 ölü, 19 yaralı
-
-